veten informasiya agentliyi

Yunus SADIQOV - elmlər doktoru Təbriklər!...

Tarix:12-06-2025, 16:24
Baxış Sayı:314

Yunus SADIQOV - elmlər doktoru Təbriklər!...
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 may 2025-ci il tarixli qərarı ilə Sadıqov Yunus Musa oğluna iqtisad elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Sadıqov Yunus Musa oğlu 1959-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə doğma rayonunda başlamış, Aqrar-sənaye birliyinin sədr müavini və ət-süd kombinatının direktoru vəzifələrində çalışmışdır. Sonralar sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, istehsalat təcrübəsini elmi axtarışlarla birləşdirərək iqtisadiyyatın aktual məsələləri üzərində ardıcıl işləməyə davam etmişdir.
1993-cü ildə iqtisad elmləri namizədi elmi dərəcəsini almış, 2014-cü ildən etibarən elmi ETN İqtisadiyyat institutunda fəaliyyətə başlamışdır. 2019-cu ildə dosent elmi adı verilmişdir. 2025-ci ildə “Aqroemal sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla tamamlayaraq iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Elmi fəaliyyətində aqrar sahənin iqtisadi inkişafı, dövlət tənzimlənməsi və istehsalatın təşkili məsələləri əsas yer tutur. 1 fərdi və 1 kollektiv monoqrafiyanın müəllifi, həmçinin 36-dan çox elmi məqalə və konfrans materiallarının müəllifidir. Onun elmi məqalələri ABŞ, İngiltərə, Rusiya, Çexiya, Ukrayna və digər ölkələrdə çap olunmuşdur.
Yunus müəllimi bu əlamətdar elmi nailiyyəti münasibətilə təbrik edir, ona gələcək elmi yaradıcılığında və tədqiqat fəaliyyətində uğurlar arzulayırıq!

Yunus SADIQOV - elmlər doktoru Təbriklər!...

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi