veten informasiya agentliyi

Azərbaycan enerji gündəmini formalaşdıran mühüm qlobal aktora çevrilib

Tarix:10-06-2025, 10:52
Baxış Sayı:25

Azərbaycan enerji gündəmini formalaşdıran mühüm qlobal aktora çevrilib
Prezident İlham Əliyevin "Azərbaycan enerji gündəmini formalaşdıran mühüm qlobal aktora çevrilib" fikri ölkənin enerji sahəsindəki uğurlu siyasətinin və beynəlxalq nüfuzunun real göstəricisidir. Son illərdə Azərbaycanın enerji sektorunda atdığı strateji addımlar və həyata keçirdiyi iri layihələr ölkəni yalnız regional deyil, həm də qlobal enerji təhlükəsizliyinin əsas oyunçularından birinə çevirib.
Bunun nəticəsi olaraq, cari ilin iyun ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib və tədbir iştirakçılarına mühüm mesajlar ünvanlayıb. Mərasim çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” rəsmi olaraq öz işinə başlayıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sahəsində keçdiyi inkişaf yolunu və gələcək strateji hədəflərini əhatəli şəkildə təqdim edib. O qeyd edib ki, son 30 ildə ölkəmiz neft və qaz sənayesində qlobal miqyasda tanınan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
“1994-cü ildə imzalanan 'Əsrin müqaviləsi' ilə əsası qoyulan neft strategiyası bu gün təkcə iqtisadi deyil, həm də geosiyasi müstəvidə öz bəhrəsini verir. Biz yalnız karbohidrogen resurslarının ixracçısı deyilik, eyni zamanda enerji təhlükəsizliyinə töhfə verən ölkəyik,” deyə Prezident bəyan edib.
Cənab Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın yaşıl enerji istiqamətində atdığı mühüm addımlara da toxunaraq, bərpaolunan enerji layihələrinin genişlənməsinin ölkənin gələcək inkişaf modelində prioritet yer tutduğunu bildirib. O, 2027-ci ilədək 2 QVt-dan artıq günəş və külək enerjisi istehsalı gücünün istifadəyə veriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən dövlət başçısı həmçinin beynəlxalq tərəfdaşlıq və regional əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayıb.
Prezident İlham Əliyevin nitqi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və enerji sektorunun nümayəndələri tərəfindən böyük maraqla izlənilib. Tədbirə dünyanın 30-dan artıq ölkəsindən 300-dən çox şirkət qatılıb ki, bu da Azərbaycanın enerji sahəsində beynəlxalq əhəmiyyətinin göstəricisidir.
Bakı Enerji Həftəsi bir daha təsdiqlədi ki, Azərbaycan yalnız neft və qaz ixrac edən ölkə deyil, həm də enerji siyasətini balanslı şəkildə inkişaf etdirən, yaşıl keçidə sadiq, strateji tərəfdaşlıqlara açıq bir dövlətdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş enerji strategiyası Azərbaycanın həm regionda, həm də beynəlxalq miqyasda etibarlı enerji tərəfdaşı və mühüm qlobal aktor olmasını təmin etmişdir. Bu, təkcə iqtisadi uğur deyil, həm də milli maraqların qorunması və müstəqil xarici siyasətin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib
Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib
Azərbaycanın cüdo tarixində bir İLK
Azərbaycanın cüdo tarixində bir İLK
Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar
Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar
Qarabağda Ermənistan istehsalı olan minaların basdırıldığını etiraf etdilər
Qarabağda Ermənistan istehsalı olan minaların basdırıldığını etiraf etdilər
Azərbaycanda telekanal rəhbəri vəzifəsindən AZAD EDİLDİ
Azərbaycanda telekanal rəhbəri vəzifəsindən AZAD EDİLDİ
Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi Milli Məclisə göndərildi
Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi Milli Məclisə göndərildi