veten informasiya agentliyi

Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ

Tarix:7-06-2025, 09:56
Baxış Sayı:127

Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQTayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloqer ölüb.

"Guava Beauty" adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib.

O, xüsusilə dodaq boyası və ənlik kimi məhsulları kamera qarşısında yeyərək izləyicilərinin diqqətini cəlb etməyə çalışıb. Bir müddət sonra gənc bloqerin profilində onun qəfil öldüyünü bildirən paylaşımlar edilib.

Maraqlıdır, doğrudan bloqerin ölümünə kosmetik vasitələri yeməsi səbəb olub?

Bununla bağlı mütəxəssislərin fikirləri müxtəlifdir.

Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, kosmetik vasitələrin yeyilməsi insan sağlamlığına ciddi zərər vura bilər:

"Bu məhsullarda istifadə olunan kimyəvi maddələr qaraciyər və böyrəklərin fəaliyyətini poza, digər daxili orqanlara zərər verə bilər. Eyni zamanda, kosmetik vasitələrin tərkibindəki kimyəvi maddələr hormonal balansın pozulması ilə yanaşı, ciddi allergik reaksiyalara səbəb ola bilər".

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, sözügedən boyalar və kosmetik məhsullar toksiki funksiyaya malik deyil:

"Onlar zəhərlənməyə səbəb olmurlar. Bizə müraciət edən azyaşlı uşaqlar belə məhsulları təsadüfən istifadə etdikdə xüsusi tibbi müdaxiləyə ehtiyac olmur".

Mütəxəssislərin fikrincə, sosial mediada izlənmə və məşhurluq uğruna edilən riskli hərəkətlər gənclər üçün ölümcül nəticələrə səbəb ola bilər. Bu kimi videoların platformalardan silinməsi və maarifləndirici tədbirlərin həyata keçirilməsi zəruridir.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi