veten informasiya agentliyi

Suraxanıda baxımsız məhəllə: Sakinlər illərdir ümidlə gözləyir

Tarix:5-06-2025, 10:58
Baxış Sayı:136

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi 28a ünvanında yerləşən bu bina və ətraf məhəllə artıq uzun müddətdir baxımsız vəziyyətdədir. Pilləkənlər dağılmış, giriş hissəsi qopub tökülmüş, məhəllə yolları isə bərbad vəziyyətdədir. Gecələr isə vəziyyət daha da acınacaqlıdır — küçə işıqları yoxdur, qaranlıq həyətlər təhlükə mənbəyinə çevrilib. Sakinlər bu şəraitdə yaşamağın təhlükəli və dözülməz olduğunu deyirlər.

İşıqlandırma ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Abadlıq İdarəsi və Bakı Şəhər İşıqlandırma İdarəsinə edilən müraciətlər isə nəticəsiz qalıb. Hər bir qurum məsuliyyəti digərinin üzərinə atıb, konkret cavab və tədbir verilməyib.

Bina sakinləri vaxtilə Suraxanı rayonunun sabiq icra başçısı Əziz Əzizova müraciət etsələr də, onlardan sadəcə "bəli" cavabı alıblar. Lakin heç bir konkret iş görülməyib. Bu səbəbdən çarəsiz qalan sakinlər yeni icra başçısı Adil Əliyevin qəbuluna düşmək istəsələr də, buna da nail ola bilməyiblər. İcra hakimiyyətindən bildirilib ki, məsələ araşdırılır və həll ediləcək. Ancaq bir müddət sonra verilən rəsmi cavab belə olub: “büdcədə vəsait yoxdur”.

Həyətin abadlaşdırılması ilə bağlı edilən müraciətlər də nəticə verməyib. Suraxanı Rayon İcra Hakimiyyəti məsuliyyəti Xüsusi Təyinatlı Mənzil İstismar Sahəsinə yönləndirib. Həmin qurumdan isə cavab belə olub: “büdcədə maliyyə vəsaiti yoxdur.”

Sakinlər digər aidiyyəti qurumlara da dəfələrlə müraciət etsələr də, nəticə eyni olub — laqeydlik və vədlər. İndi isə bu məhəllədə yaşayan insanlar ümidlərini tamamilə itirmək üzrədirlər. Uçuq-sökük vəziyyətdə olan bina və infrastruktursuz mühit həm təhlükəsizlik, həm də sosial baxımdan ciddi problem yaradır.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi