veten informasiya agentliyi

Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ

Tarix:5-06-2025, 10:16
Baxış Sayı:112

Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQATM-lərdə yerləşdirilən gizli qurğular - skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə bilər.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bu tip dələduzluğa "ATM skimming" deyilir və nəticədə hesabınızdakı bütün vəsaitlər oğurlana bilər!

Necə tanımaq olar?
1) ATM-dəki kart yuvası və ya klaviatura fərqli görünürsə və ya nasazdırsa;
2) Pul çıxarılan hissənin üzərində əlavə cihaz və ya yapışdırılmış qurğu hiss olunursa;
3) Ətrafda şübhəli şəkildə müşahidə aparan şəxslər varsa;

Necə qorunmaq olar?
1) PIN kodu daxil edərkən əlinizlə klaviaturanı örtün.
2) Kartı daxil etməzdən ATM-ni diqqətlə yoxlayın.
3) Mütəmadi olaraq kart hesablarınızdakı fəaliyyətləri izləyin.
4) Kart hesabınızda şübhəli halları dərhal bankınıza bildirin.

Unutmayın: Kiçik ehtiyat - böyük itkilərin qarşısını ala bilər. Bank kartlarınızla əməliyyat apararkən diqqətli olun və öz təhlükəsizliyinizi təmin edin.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi