veten informasiya agentliyi

İçərişəhərlə bağlı yeni məhdudiyyət

Tarix:2-06-2025, 16:01
Baxış Sayı:133

İçərişəhərlə bağlı yeni məhdudiyyətİçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “Trend”ə bildirilib ki, yeni tənzimləməyə əsasən, qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.

“Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri-rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nəğdsiz qaydada (azparking, post terminal və s.) mümkündür”, - məlumatda bildirilib.

Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyada yönümlü məkan yaratmağa xidmət edir: “Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə qoruq ərazisinə daxil olunmaması xahiş olunur”.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi