veten informasiya agentliyi

Masallıda Sünnət aksiyası keçirilib - VİDEO/FOTOLAR

Tarix:2-06-2025, 12:19
Baxış Sayı:143

Masallıda Sünnət aksiyası keçirilib - VİDEO/FOTOLAR

Masallıda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününüdə Sünnət aksiyası təşkil olunub.

Ərkivan Xeyriyyə Cəmiyyəti və Tuva Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən aksiyada ikisi şəhid, üçü qazi övladı olmaqla ümumilikdə 62 uşaq sünnət edilib.

Elit Ailəvi Restoranında keçirilən bədii hissədə sünnət olunacaq uşaqlar "Masallı" rəqs qrupunun milli geyimdə, əllərində Dövlət bayraqları olan rəqqasların əhatəsində tədbirə daxil oldular.

Tədbir Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin anımı ilə başladı.

Çıxış edən millət vəkili Məşhur Məmmədov, YAP Masallı rayonun təşkilatının sədri Seyfəddin Əliyev, Tuva Tibb Mərkəzinin rəhbəri Mirmehdi Mircavadzadə, Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov, ağsaqqal Mirzəki Mirkazımov və başqaları xeyirxah aksiyanın baş tutmasında əməyi olanlara təşəkkür edib, şəhid Nurlan Əbilovun övladları Amin və Fərruxun timsalında sünnət olunacaq bütün uşaqlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Masallı Onbirillik İncəsənət Məktəbinin gənc xanəndələri bir-birindən gözəl ifalar edib, incəsənət işçiləri nağıl və cizgi filmi personajlarının obrazında uşaqları şənləndiriblər.

Tort kəsimindən sonra millət vəkili Məşhur Məmmədov və Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.

Bədii hissədən sonra Tuva Tibb Mərkəzinin peşəkar həkimləri tərəfindən sünnət olunacaq uşaqlar müayinə olunaraq sünnət prosesi icra edildi.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb

"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək

Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib

"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib

İranda dəmir yolu qovşağına da zərbələr endirildi