veten informasiya agentliyi

Sağlam bildiyimiz bu 6 qida əslində zərərli imiş - Alimlərdən xəbərdarlıq

Tarix:28-05-2025, 12:21
Baxış Sayı:130

Sağlam bildiyimiz bu 6 qida əslində zərərli imiş - Alimlərdən xəbərdarlıqTədqiqatlar göstərir ki, ultra-işlənmiş qidalarla zəngin pəhrizlər ürək-damar xəstəliklərindən tutmuş psixi pozğunluqlara qədər 30-dan çox sağlamlıq probleminin riskini artırır.

Avstraliyalı alim Dr. Emma Beckett isə insanların sağlam hesab etdiyi, lakin əslində yüksək dərəcədə emal olunmuş qidaların siyahısını açıqlayıb.

BBC Science Focus jurnalında yayımlanan yazıda Beckett qeyd edir ki, bu məhsulların qablaşdırmasında "sağlam" imic yaradılsa da, onların tərkibi və hazırlanma üsulu ciddi sağlamlıq riskləri daşıyır.

Qablaşdırılmış hazır yeməklər

Marketlərdə "balanslı yemək" kimi satılan hazır yeməklər tez-tez konservantlar, stabilizatorlar və yüksək miqdarda duz ehtiva edir. Bu, həm dadı artırmaq, həm də uzunmüddətli saxlama məqsədi daşıyır. Lakin bu tip məhsulların tərkibində tərəvəzlər az, balans isə zəif olur.

Bitki mənşəli südlər

Süd məhsullarına alternativ kimi təqdim edilən bitki südləri - yulaf, badam, soya və s. - yüksək dərəcədə emaldan keçir. Bu südlər az miqdarda bitkidən hazırlanır, kalsium kimi əlavə maddələr sonradan qatılır və tez-tez dibinə çökür. Beckett onların uzunmüddətli təsirlərinin hələ kifayət qədər öyrənilmədiyini bildirir.

Ət əvəzediciləri

Bitki əsaslı "süni ətlər" sağlam alternativ kimi təqdim olunsa da, çox zaman yüksək dərəcədə işlənmiş bitki inqrediyentlərindən hazırlanır. Beckett xəbərdarlıq edir: "Əsl fayda təbii şəkildə qəbul edilən bitkilərdən gəlir, emal olunmuş formalarından yox."

Yemək əvəzedici içkilər

Arıqlamaq və ya vaxt çatışmazlığı səbəbilə istifadə edilən bu içkilər hər nə qədər qida baxımından zəngin görünsə də, bioaktiv maddələrdən və yemək müxtəlifliyindən məhrumdur. Davamlı istifadəsi orqanizmdə qida balanssızlığına yol aça bilər.

Səhər yeməyi taxılları

Bazarda olan bəzi taxıl növləri (məsələn, yulaf) faydalı olsa da, bir çox səhər yeməyi taxılları yüksək şəkər və əlavə maddələr səbəbilə desertə daha çox bənzəyir.

Qranola və protein barları

Bu qəlyanaltılar sürətli enerji mənbəyi kimi təqdim olunur, lakin tez-tez şəkər, duz və əlavələrlə doludur. Beckett bildirir ki, əgər bu barlar balanslı qidalanmanı əvəz edirsə, sağlam deyil. Lakin zərərli qəlyanaltılar yerinə yeyilərsə, faydalı ola bilər.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi