veten informasiya agentliyi

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb

Tarix:19-05-2025, 11:07
Baxış Sayı:165

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb
İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb
İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb
İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb
İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb
Mayın 17-də Şəki şəhər Uşaq-gənclər inkişaf mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
Yarışda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, İdarənin struktur bölmə rəhbərləri, rayon və şəhər mərhələlərinin qalibi olan komandalar iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışının yekununda Qax rayonunu təmsil edən komanda zona mərhələsinin qalibi adını qazanıb. Qalib komanda cari ilin avqust ayında GameTV-nin Bakı şəhərində keçiriləcək breyn-rinq yarışında iştirak edəcək. Yarış İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Çempionatın sonunda qalib komandaya medallar və kubok təqdim olunub.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən keçirilən bu çempionatın əsas məqsədi şagirdlərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına dəstək vermək, analitik təfəkkürə malik, müxtəlif sahələrdə bilikləri ilə fərqlənən gəncləri aşkar etmək və onların potensialının üzə çıxarılmasına şərait yaratmaqdır. Eyni zamanda, ölkənin müxtəlif bölgələrindən olan ən güclü məktəb komandalarının müəyyənləşdirilməsi və şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi də çempionatın əsas hədəflərindəndir.
#EduAz #ŞəkiZaqatalaRTİ #Çempionat

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi