veten informasiya agentliyi

"Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək

Tarix:7-05-2025, 10:16
Baxış Sayı:131

"Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək"Google Play Services"in beta versiyasında Android əməliyyat sistemi istifadəçilərini telefon fırıldaqçılarından qorumaq üçün yeni təhlükəsizlik funksiyası aşkarlayıb.

"Bank Scam Call Detection Service" adlı bu yenilik fırıldaqçılıq hallarının qarşısını almağa kömək edəcək.

Fırıldaqçılar tez-tez bank işçisi kimi çıxış edərək hesabla bağlı problemləri həll etmək məqsədilə istifadəçidən xüsusi proqramı quraşdırmağı tələb edirlər. "Google"un yeni mexanizmi bu cür ssenariləri müəyyənləşdirərək istifadəçini potensial təhlükə barədə xəbərdar edəcək.

Funksiya üç amilin üst-üstə düşməsi zamanı aktivləşir: naməlum nömrədən gələn zəng, bank tətbiqinin açıq olması və ekran yayımının aktiv vəziyyətdə olması.

Bu kombinasiya aşkarlandıqda ekranda mümkün fırıldaqçılıq barədə xəbərdarlıq bildirişi görünəcək.

Hələlik bu yeniliyin "Android"in sabit versiyasında nə vaxt əlçatan olacağı məlum deyil.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi