veten informasiya agentliyi

"D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı

Tarix:30-04-2025, 11:03
Baxış Sayı:159

"D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı"D" vitamini sümüklərin, dişlərin və immun sisteminin sağlamlığının qorunmasında əsas rol oynayır. Onun çatışmazlığı uşaqlarda raxit və böyüklərdə osteoporoz kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs "D" vitamini çatışmazlığını necə aradan qaldırmaq olar?

Rusiyalı həkim Olqa Çirkova bununla bağlı danışıb.

Həkimin sözlərinə görə, dərinin quruması, saç tökülməsi, sümük əriməsi (osteoporoz), xroniki ağrılar, əzginlik, əzələ zəifliyi, yuxu pozuntuları, əsəbilik və hətta depressiya "D" vitamininin azlığından xəbər verə bilər.

"Düzgün qidalanma və günəş şüalarından faydalanmaq bu problemi aradan qaldırmaqda əsas rol oynayır. "D" vitamini çatışmazlığının qarşısını almağın ən dadlı yollarından biri isə yağlı balıq növlərini qidalanmaya daxil etməkdir. Bundan əlavə, rasiona mütləq yumurta sarısı, kərə yağı, bərk pendir və xama da daxil edilməlidir", - deyə həkim bildirib.

Olqa Çirkovanın dediyinə görə, dünyada bir milyarddan çox insanın orqanizmində "D" vitamini çatışmır.

"Bu vəziyyətin əsas səbəbləri arasında günəş işığının kifayət qədər qəbul olunmaması dayanır. Bəzən bu, çox qapalı və tünd geyim seçimlərindən, bəzən isə açıq havada az vaxt keçirməkdən qaynaqlanır", - deyə həkim vurğulayıb.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi