veten informasiya agentliyi

Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb

Tarix:30-04-2025, 11:01
Baxış Sayı:120

Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıbYuxuya gedərkən yaşanan "yıxılma hissi" və bədəndə qəfil sarsıntılar kofein, nikotin istifadəsi və streslə əlaqəli ola bilər. Lakin bu, yeganə səbəb deyil. Bəzi antidepressantlar, xüsusilə SSRI (seçici serotonin gerialım inhibitorları) qrupuna daxil olan dərmanlar da bu halın yaranmasına səbəb ola bilər.

Bu barədə Səudiyyə Ərəbistanının İmam Məhəmməd bin Səud adına İslam Universitetinin alimləri açıqlama veriblər. Tədqiqatın nəticələri "Cureus" adlı elmi jurnalda dərc olunub.

Mütəxəssislərin bildirdiyinə görə, bu vəziyyət "hipnotik sarsıntı" adlanır və adətən zərərsiz olur. Lakin bəzi hallarda bu hal yuxusuzluq, stres və narahatlıq səviyyəsini artıra bilər. Alimlər hesab edirlər ki, SSRI tərkibli dərmanlar beynin kimyəvi tarazlığını dəyişdirdiyindən bu cür reaksiyalara səbəb ola bilir.

Tədqiqatçılar bildirirlər ki, həkimlər bu yan təsirləri nəzərə alaraq pasiyentlərə düzgün dozada dərman təyin etməlidirlər.

Qeyd edək ki, SSRI üçüncü nəsil antidepressantların farmakoterapevtik qrupuna aiddir və əsasən təşviş pozuntuları ilə depressiyanın müalicəsində istifadə olunur.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı