veten informasiya agentliyi

Son illərdə Azərbaycanınla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir

Tarix:28-04-2025, 15:26
Baxış Sayı:255

Son illərdə Azərbaycanınla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir
Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yenidən qurulan, zirvələri fəth edən Azərbaycan son 21 ildən artıq dövrdə bu xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində özünü dünyaya qalib, bütövləşən ölkə kimi təqdim etdi. Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri əsasında mövqeyini daha da möhkəmləndirir, etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanır. Dövlətimizin qarşılıqlı etimada, hörmətə əsaslanan siyasəti daim davamlı uğurlara yol açır.
Bunun bariz nümunəsi olaraq cari ilin 21 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının rəsmi xəbər agentliyi olan Sinxua agentliyinə verdiyi müsahibə, iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm bir hadisə kimi dəyərləndirilə bilər. Bu müsahibə, sadəcə informasiya mübadiləsi olaraq qalmaqla yanaşı, həm də iki ölkə arasında münasibətlərin dərinləşməsi, qarşılıqlı maraqların və gələcək əməkdaşlıq istiqamətlərinin aydınlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibədə Prezident İham Əliyev, Çin ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə necə inkişaf etdiyini və bu münasibətlərin gələcəkdə necə daha da güclənəcəyinə dair konkret fikirlərini bildirib.
Prezident İlham Əliyev, həmçinin, Azərbaycan-Çin əlaqələrinin tarixini və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsini vurğulayıb. Həmin bəyannamə ilə, iki ölkə arasında qarşılıqlı hörmət və etimad əsasında qurulan münasibətlər, həmçinin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərilən hörmətin təməl prinsipləri olaraq bəyan edilib. Prezident, bəyannamənin imzalanmasının həm Çin, həm də Azərbaycan üçün əhəmiyyətli bir tarix olduğunu və bu, yeni səhifə açmaqla yanaşı, daha da dərinləşəcək əməkdaşlıq üçün geniş perspektivlər yaradacağını bildirib.
Azərbaycan ilə Çin arasında təkcə mövcud ticarət əlaqələri deyil, həm də gələcək inkişaf potensialı yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və hüquqi əsasların möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Komissiyanın qəbul etdiyi qərarların vaxtında yerinə yetirilməsi isə bu sahədəki səylərin uğurla nəticələnməsinə zəmin yaradır.
Son illərdə isə Azərbaycanınla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Çin şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak edir. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Həmçinin, Çin texnologiyalarının Azərbaycana gətirilməsi ilə, ölkəmiz dünyanın müasir texnoloji mərkəzlərindən birinə çevrilə bilər. Ümumiyyətlə bu strateji əməkdaşlıqdan hər iki ölkə faydalanacaq.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Xırdalanda avtomobil yandı
Xırdalanda avtomobil yandı
Bərdədə piyadanı maşın vurub öldürdü
Bərdədə piyadanı maşın vurub öldürdü