veten informasiya agentliyi

Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA

Tarix:28-04-2025, 10:59
Baxış Sayı:164

Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMAKaliforniya Universiteti, San Dieqo kampusunun tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma göstərir ki, ABŞ-da siqaret çəkmə səviyyəsinin azalması əsasən gənclərin davranış dəyişiklikləri hesabına baş verir.

Tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc edilib.

Qeyd olunur ki, tarixən siqaret çəkmə səviyyəsi yüksək olan ştatlarda azalmalar müşahidə edilib. Bununla yanaşı, 50 yaşdan yuxarı şəxslər arasında siqaretdən imtina daha yavaş templə irəliləyib, bu da siqaretlə bağlı xəstəliklərin və ölüm hallarının ictimai səhiyyə yükünü davam etdirməsi ehtimalını artırır. Bildirilib ki, 2035-ci ilə qədər ölkə üzrə siqaret çəkmə nisbətinin 5 faizdən aşağı düşəcəyi proqnozlaşdırılır.

Tədqiqatçılar təxminən 1 milyon 770 min respondentə aid məlumatları təhlil ediblər. Sorğu 2024-cü ilin iyun-oktyabr ayları arasında aparılıb və siqaret çəkmə trendlərini yaş, cins, irq və təhsil səviyyəsi üzrə araşdırıb.

Əsas tapıntılar isə bunlardır:

- 1990-cı illərdə və 2022-ci ildə ştatlar arasında siqaret çəkmə nisbətlərində böyük fərqlər mövcud idi. Ən böyük azalma tarixən siqaret çəkmə səviyyəsinin yüksək olduğu ştatlarda qeydə alınıb.

- Gənclər arasında siqaret çəkmə nisbətlərində digər yaş qruplarına nisbətən daha kəskin azalma müşahidə olunub. Əksinə, 50 yaşdan yuxarı şəxslər arasında bu azalma nisbətən zəif olub.

- 1955-ci ildə ABŞ-da böyüklərin 56,9 faizi siqaret çəkdiyi halda, 2022-ci ilə qədər bu göstərici yarıdan çox azalıb və bu tendensiyanın 2035-ci ilə qədər yenidən iki dəfə azalacağı gözlənilir.

Tədqiqat, həmçinin siqaretlə mübarizədə uğurlu olan ştatların ağciyər xərçəngindən ölüm hallarının azaldılması sahəsində də böyük irəliləyişlərə nail olduğunu göstərir. Adətən bu tendensiya siqaret çəkmənin azaldılmasından təxminən 16 il sonra müşahidə edilir. Davam edən azalma ictimai səhiyyə sahəsində böyük uğurdur.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı