veten informasiya agentliyi

Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır

Tarix:25-04-2025, 17:29
Baxış Sayı:165

Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdırBir neçə gündür Türkiyədə baş verən zəlzələlər yenidən insanlarda bu mövzunu gündəmə gətirib. İstanbulda 6,2 bal gücündə baş verən zəlzələdən saniyələr əvvəl bir çox "Android" telefon istifadəçisi ekranlarında "Yaxınlıqda Zəlzələ" başlıqlı bildirişlər alıb.

Bu sistem istifadəçilərə zəlzələdən təxminən 5-10 saniyə əvvəl xəbərdarlıq göndərə bilir.

Bu xəbərdarlıq necə işləyir?

"Google"un təqdim etdiyi sistem "Android" əməliyyat sistemli telefonların daxilində yerləşən akselerometr sensorları vasitəsilə zəlzələ dalğalarını hiss edir. Həmin an məlumatlar toplanaraq zəlzələnin episentrini müəyyənləşdirir və yaxınlıqdakı istifadəçilərə dərhal xəbərdarlıq göndərilir. Bu texnologiya saniyələr içində işlədiyi üçün insanlara təxliyə və müdafiə üçün vacib vaxt qazandırır.

Sistem yalnız 4,5 və daha yüksək gücə malik zəlzələlərdə aktivləşir və tamamilə pulsuzdur. İstifadəçilərin bu xidmətdən yararlanması üçün telefonun internetə qoşulu olması, yer və bildiriş ayarlarının aktiv olması kifayətdir.

Apple istifadəçiləri üçün alternativ varmı?

Təəssüf ki, hazırda iOS əməliyyat sistemi üçün bu cür avtomatik və sistemə inteqrasiya olunmuş xəbərdarlıq xidməti mövcud deyil. Lakin bəzi pullu və ya pulsuz tətbiqlər istifadəçilərə zəlzələdən sonra vəziyyəti izləmək və məlumat almaq imkanı təqdim edir.

Zəlzələyə qarşı telefonunuzu necə hazırlaya bilərsiniz?

"Android" telefon istifadəçiləri aşağıdakı addımları izləyərək xəbərdarlıqları aktivləşdirə bilərlər:

Parametrlər bölməsinə keçin.

Yer (Location) bölməsini açın.

Buradan Zəlzələ Xəbərdarlıqları (Earthquake Alerts) bölməsini tapın.

Bu funksiyanın aktiv olduğundan əmin olun.

Zəlzələyə qarşı vaxtında xəbərdarlıq həyati əhəmiyyət daşıyır. Buna görə də smartfon istifadəçilərinə tövsiyə olunur ki, bu funksiyaları yoxlasın və ehtiyac olduqda uyğun tətbiqlərlə cihazlarını təchiz etsinlər.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi