veten informasiya agentliyi

Ağdaşda “Tarix bizim kimliyimizdir” adlı tarix gecəsi keçirilib

Tarix:23-04-2025, 18:45
Baxış Sayı:168

Ağdaşda “Tarix bizim kimliyimizdir” adlı tarix gecəsi keçirilib
Ağdaşda “Tarix bizim kimliyimizdir” adlı tarix gecəsi keçirilib
Ağdaşda “Tarix bizim kimliyimizdir” adlı tarix gecəsi keçirilib
Ağdaşda “Tarix bizim kimliyimizdir” adlı tarix gecəsi keçirilib
Ağdaşda “Tarix bizim kimliyimizdir” adlı tarix gecəsi keçirilib

16 aprel tarixində Ağdaş rayonu Qolqəti kənd tam orta məktəbində “Tarix-coğrafiya” aylığı çərçivəsində “Tarix bizim kimliyimizdir” adlı tarix gecəsi təşkil olunub. Tədbirdə Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Rahim Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagird komandaları, eləcə də bir sıra qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gecənin aparıcısı tarix fənninin milli kimliyin formalaşmasındakı rolu və əhəmiyyəti barədə çıxış edərək tədbirin ideyasını diqqətə çatdırıb.
Tədbir çərçivəsində şagirdlərin hazırladığı çıxışlar, təqdimatlar və maraqlı intellektual yarışlar tədbirə xüsusi rəng qatıb, iştirakçıların böyük marağına səbəb olub. Gecənin sonunda iştirakçı komandalar təşəkkürnamə və xatirə hədiyyələri ilə təltif ediliblər.
Qeyd edək ki, fənn aylıqlarının keçirilməsində əsas məqsəd şagirdlərin müvafiq fənlərə marağını artırmaq, istedadlı gəncləri üzə çıxarmaq, eləcə də məktəblər arasında sağlam rəqabət mühitinin formalaşmasına şərait yaratmaqdır.
#MərkəziAranRTİ #EduAz #FənnAylığı

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi