veten informasiya agentliyi

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib

Tarix:23-04-2025, 18:41
Baxış Sayı:174

23 aprel 2025-ci il tarixində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi təşkil olunub.
Yarışda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 7 komanda iştirak edib. Gərgin və maraqlı atmosferdə baş tutan bilik yarışının yekununda Mingəçevir şəhərini təmsil edən komanda birinci yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ əldə edib.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası şagirdlərin intellektual potensialının aşkara çıxarılması, onların müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Olimpiada həmçinin iştirakçıların komanda işi, ünsiyyət, liderlik, analitik və məntiqi düşünmə, planlaşdırma eləcə də strategiya qurma bacarıqlarını da stimullaşdırır. Bununla yanaşı, sağlam rəqabət və regionlararası əməkdaşlıq mühitinin formalaşmasına da töhfə verir.
Qeyd etmək istərdik ki, yarış çərçivəsində şagirdlər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət sahələri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
#MərkəziAranRTİ #RTİ #Olimpiada

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi