veten informasiya agentliyi

Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir

Tarix:21-04-2025, 22:09
Baxış Sayı:157

Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədirXətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.

Bunu açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

O qeyd edib ki, ilk növbədə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsünün aparılması nəzərdə tutulur.

"Həmin binaların restavrasiyası mümkün deyil. Binaların söküntüsü mərhələli şəkildə həyata keçiriləcək", - deyə şöbə müdiri qeyd edib.

Xatırladaq ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski"nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

Eyni zamanda, Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.

Qeyd edək ki, Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.

Mənbədən bildirilib ki, aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi