veten informasiya agentliyi

Sağlam uşaq doğan ən uyumlu qan qrupları

Tarix:20-04-2025, 16:40
Baxış Sayı:157

Sağlam uşaq doğan ən uyumlu qan qruplarıÖvlad sahibi olmaq istəyənlər üçün qan qrupu uyğunluğu məsələsi vacib məqamlardan biridir. Xüsusilə, Rh (Rhezus) faktorunun uyğunluğu bəzi hallarda hamiləliyə təsir göstərə bilər.

Uşağın qan qrupu valideynlərin genetik xüsusiyyətlərindən asılıdır.

AB0 qan qrupu sistemi üzrə valideynlər arasında xüsusi bir məhdudiyyət olmasa da, bəzi hallarda Rh faktorunun uyğunsuzluğu hamiləlik zamanı problemlərə səbəb ola bilər.

Rh faktorunun rolu:

Ana Rh (+), ata Rh (+) → Problem yoxdur.

Ana Rh (-), ata Rh (-) → Problem yoxdur.

Ana Rh (-), ata Rh (+) → Riskli vəziyyət yarana bilər.

Əgər ana Rh mənfi (-), ata isə Rh müsbət (+) qan qrupuna malikdirsə, bu zaman Rh uyğunsuzluğu baş verə bilər. İlk hamiləlikdə ciddi problem yaranmasa da, növbəti hamiləliklərdə ananın immun sistemi Rh müsbət dölü yad cisim kimi qəbul edərək ona qarşı antitellər yarada bilər. Bu, dölün hemolitik xəstəliyinəsəbəb ola bilər. Bunun qarşısını almaq üçün hamiləliyin müəyyən mərhələlərində anti-D immunoqlobulinpeyvəndi vurulur.

Sağlam övlad üçün hansı qan qrupları daha uyğundur?

Qan qrupu fərqliliyi ciddi problemlər yaratmasa da, Rh faktoruna diqqət yetirmək vacibdir. Tibbi baxımdan sağlam hamiləlik üçün qan qrupundan daha çox genetik faktorlara və ümumi sağlamlıq durumuna diqqət yetirmək lazımdır.

Həkimlər bildirir ki, qan qrupu uyğunluğu sağlam övlad dünyaya gətirmək üçün yeganə şərt deyil. Əsas olan hamiləlik müddətində mütəmadi tibbi nəzarət və həkim məsləhətlərinə əməl etməkdir.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı