veten informasiya agentliyi

Qarabağ ermənilərinin yeni pasportlarında doğum yerinin Azərbaycan göstərilməsinə aydınlıq gətirilib

Tarix:8-04-2025, 21:52
Baxış Sayı:141

Qarabağ ermənilərinin yeni pasportlarında doğum yerinin Azərbaycan göstərilməsinə aydınlıq gətirilib 

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin pasportlarında doğum yeri kimi Azərbaycan Respublikasının yazılması ilə bağlı məqama aydınlıq gətirib.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədlərdəki məlumatlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun göstərilib.

Üstəlik, sənədlərdə coğrafi vahidlər təşkilat tərəfindən məqbul sayılan qaydada qeyd olunub.

Məlumatda, həmçinin qeyd olunub ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı qeyd sərhəd-keçid məntəqələrində problemlər yarada bilər.

"Yeni sənədlərin verilməsi zamanı xidmət yalnız beynəlxalq standartı rəhbər tutur", - deyə Ermənistan Daxili İşlər Nazirliyinin açıqlamasında vurğulanıb.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycan Respublikasının Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərin yeni pasportlarında doğulduğu yer kimi Azərbaycan Respublikası yazılması məsələsi müzakirələrə səbəb olub.

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada