veten informasiya agentliyi

İranlı ekspert: İranın dağılması sovetlər kimi olacaq!

Tarix:29-03-2025, 20:56
Baxış Sayı:129

İranlı ekspert: İranın dağılması sovetlər kimi olacaq!

Əhməd Nəqibzadənin fikrincə, Qərb xüsusilə ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya izləyir. Bu strategiyanın məqsədi ölkəni tamamilə məhv etmək deyil, əsas qərarvericiləri təsirsiz hala gətirmək, rejimin strateji infrastrukturunu zəiflətmək və İran İslam Respublikasını elə bir çıxılmaz vəziyyətə salmaqdır ki, klassik müharibə olmadan süquta uğrasın, Sovet İttifaqında olduğu kimi.

İran İslam Respublikasının Sovet modeli ilə dağılmasına dair Nəqibzadənin təhlilinə görə, İran İslam Respublikasının açıq şəkildə Sovet İttifaqına bənzədir. O qeyd edir ki, "Mən əvvəllər də demişəm ki, İran İslam Respublikasının dağılması Sovet İttifaqına bənzər şəkildə ola bilər. O vaxtdan bəri onlar daim ‘Ayətullah Qorbaçov’u axtarmaqdadırlar…”

Siyasi elmlər eksperti həmçinin İslam Respublikasının idarə üsulu kommunist rejimlərə bənzədiyini irəli sürüb. "İslam Respublikasının fəaliyyəti kommunist rejimlərə çox bənzəyir… İnsan hakimiyyətin zirvəsinə çıxmaq üçün yoldaşlarının üzərinə basaraq irəliləyir və zirvəyə çatdıqda istədiyini edir.” -deyə Nəqibzadə bildirib.

İranlı ekspert həmçinin bildirib ki hakimiyyətin bütün gücünün bir şəxsin əlində cəmlənməsi dəyişikliklərin aparılması üçün böyük maneə təşkil edir.

“Mənim gördüyüm budur ki, ölkədə hər kəs danışıqların tərəfdarıdır və bir nəfərdən başqa hamı anlayıb ki, başqa yol yoxdur… O da Əli Xameneidir.” -deyə, ekspert vurğulayıb.

Nəqibzadə hökumət ilə xalq arasında misli görünməmiş bir məsafənin yarandığını irəli sürüb və bildirib ki bu məsələ hakimiyyətin legitimliyini olduqca aşındırır.

Əli xamenei və onun müşavirlərinin Qərb ilə danışıqlardan çəkinməsi məsələsinə toxunan ekspert deyib ki, hakimiyyət danışıqlar nəticəsində daxili müxalifətin dilinin uzanmasından qorxur. Belə ki, danışıqlar nəticəsində Qərbin istəklərinə təslim olmaq İran rəhbərliyinin nüfuzunun azalmasına gətirib çıxaracaq. Beləcə "onlar müharibədə məğlub olmağa və məhv olmağa üstünlük verirlər."

Tehran Universiteti Siyasi Elmlər professoru yaxın gələcəkdə rejimin tam çıxılmaz vəziyyətə düşəcəyini proqnozlaşdırıb. “Düşünürəm ki, bir il sonra bu vaxtlar İran İslam Respublikası ən çıxılmaz vəziyyətində olacaq və onun baza və strateji mərkəzləri hədəfə alınacaq.” -deyə, o, qeyd edib.

Nəqibzadə həmçinin Moskovanın İranla Qərb arasında hər hansı sazişə təsiri haqqında da diqqət çəkən məqamlara toxunub. O, Rusiyanın İranda dəyişikliklərin qarşısını almaq və Qərbə yaxınlaşmanı əngəlləmək üçün ciddi nüfuzu olduğunu bəyan edib.
“Moskva, İranla Qərb arasında münasibətləri yaxşılaşdırmaq niyyətində olan hər kəsi səhnədən uzaqlaşdırır… İranla Qərb arasında məsələ Rusiyanın vasitəsi ilə əsla həll olunmayacaq.”-deyə, o, əlavə edib.

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada