veten informasiya agentliyi

Uşaqlıqda antibiotiklərin təsiri diabetə səbəb ola bilər: Alimlərdən xəbərdarlıq

Tarix:27-03-2025, 10:38
Baxış Sayı:119

Uşaqlıqda antibiotiklərin təsiri diabetə səbəb ola bilər: Alimlərdən xəbərdarlıqKörpəlik dövründə antibiotiklərin qəbulu mədəaltı vəzi hüceyrələrinin (beta-hüceyrələrin) inkişafını ləngidə və gələcəkdə şəkərli diabet riskini artıra bilər.

Kolorado Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bu nəticəyə gəliblər. Araşdırmanın nəticələri "Science" jurnalında dərc edilib.

Tədqiqatçılar izah edirlər ki, beta-hüceyrələr doğuşdan az miqdarda olur, lakin müəyyən yaşda sürətlə çoxalmağa başlayır. Antibiotiklərin bu dövrdə orqanizmə təsiri bu prosesi poza bilər.

Eksperimentlər göstərib ki, bəzi bağırsaq mikrobları beta-hüceyrələrin artımını və insulin istehsalını gücləndirir. Xüsusilə "Candida dubliniensis" adlı göbələk bu baxımdan ən güclü təsirə malik olub.

Mikrobiotanın rolu daha bir təcrübədə sübut edilib: 7-12 aylıq sağlam körpələrin bağırsaq mikrobları yeni doğulmuş siçanlara köçürüləndə, onların beta-hüceyrələri böyüməyə başlayıb. Bu yaş dövründən kənar mikroblar isə belə təsir göstərməyib.

Bundan əlavə, birinci tip diabetə genetik meyilli siçanlar bu göbələklə yoluxdurulduqda, onların cəmi 15%-də xəstəlik inkişaf edib, halbuki mikrobsuz mühitdə saxlanılan siçanların 90%-i diabetə tutulub.

Eyni zamanda, antibiotik qəbul edən siçanlarda qan şəkəri yüksəlib, insulin səviyyəsi azalıb və metabolik pozuntular müşahidə edilib.

Alimlər bildirirlər ki, bu təsirlər insanlarda da ola bilər, lakin bunun dəqiq təsdiqi üçün əlavə tədqiqatlar aparılmalıdır.Uşaqlıqda antibiotiklərin təsiri diabetə səbəb ola bilər: Alimlərdən xəbərdarlıq

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı