veten informasiya agentliyi

"WhatsApp"dan daxil olan virusu belə zərərsizləşdirmək olar - Ekspertdən AÇIQLADI

Tarix:25-03-2025, 12:30
Baxış Sayı:211

"WhatsApp"dan daxil olan virusu belə zərərsizləşdirmək olar - Ekspertdən AÇIQLADI"WhatsApp" messencerində "virusa yoluxma" əvvəllər linkə keçid etmək və ya fayl yükləmək yolu ilə baş verirdi. Artıq yayılan yeni virus telefona avtomatik olaraq daxil ola bilər.

Bu barədə Rusiyada kiber təhdidlərin araşdırılması mərkəzinin texniki direktoru Aleksey Vişnyakov məlumat verib.

Onun sözlərinə görə, bunun üçün hücumçunun potensial qurbanın telefon nömrəsini bilməsi kifayətdir.

"Zərərli proqram çox istifadəçidə avtomatik yüklənən yoluxmuş PDF faylları vasitəsilə ötürülür. Buna görə cihazı qorumaq üçün parametrlərdə sənədlərin avtoyüklənməsini söndürmək lazımdır", - deyə o bildirib.

Bəs virusun telefona artıq daxil olduğunu necə başa düşmək olar və onu özümüz məhv edə bilərikmi?

Ekspert bildirib ki, adi smartfon istifadəçisinin "zero-click" hücumu (virusun linklərə keçid etmədən, fayl yükləmədən və ya bu kimi digər hərəkətlər etmədən cihaza yükləndiyi hal) nəticəsində yoluxmanı aşkar etməsi asan deyil.

"Lakin hücumçuların səhvləri zərərli kodun varlığını aşkar etməyə imkan verir. Məsələn, eksploitin sistemin və ya messencerin versiyası ilə uyğunsuzluğu zamanı istifadəçi cihazla qarşılıqlı əlaqədə olarkən əvvəllər işləyən tətbiqin açılmaması, smartfonun ekrana toxunmalara daha yavaş reaksiya verməsi, "Parametrlər" menyusunun bəzi bölmələrinin açılmaması, tətbiqlər menyusunda formaların, simvolların dəyişdirilməsi, ya da tipik görünüşə malik olması kimi anomaliyalarla rastlaşa bilər. Bundan başqa smartfon vaxtaşırı istifadəçiyə tanış olmayan proqrama əlavə icazələr vermək üçün sorğular göstərə bilər", - deyə mütəxəssis izah edib.

O bildirib ki, virusu aşkarlama işi mobil cihazın internetə korporativ avadanlıq vasitəsilə qoşulduğu hallarda asanlaşır.

"Belə hallarda şəbəkə trafiki NGFW (yeni nəsil şəbəkə divarı) və ya NTA (trafik analizi sistemi) kimi həllər vasitəsilə təhlil edilir. Zərərli davranış nümunələri və ya casus proqramın zərərli veb-resurslara müraciəti cihazın zədələndiyini göstərə bilər", - deyə Vişnyakov bildirib.

Bəs virusdan smartfon sahibinin özü necə qurtula bilər?

"Çox vaxt "zero-click" hücumlarındakı zərərli kod hakerlərin smartfonlarda daimi mövcudluğunu təmin etmir və cihazın sadəcə yenidən yüklənməsi zərərli koddan xilas olmağa imkan verir. Bəzi hücum ssenarilərində isə sistemi zavod parametrlərinə sıfırlamaqla bərpa etmək mümkündür", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı