veten informasiya agentliyi

BMTBETİ-NİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN TAXIL ƏKİNİ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB

Tarix:15-03-2025, 21:23
Baxış Sayı:181

 BMTBETİ-NİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN TAXIL ƏKİNİ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB

15 mart 2025- ci il tarixdə Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin rəhbərliyi və əməkdaşları tərəfindən Goranboy və Samux rayonlarının bəzi fermer təsərrüfatlarında taxıl əkini sahələrinin əsas zərərvericilərinə qarşı fitosanitar müşahidələr aparılıb.

Taxıl əkin sahələrində vaxtında zərərverici və xəstəlikləri müəyyən etmək məqsədi ilə aparılan müşahidələr zamanı BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov, institutun, Goranboy, Samux rayonlarının DAİM və Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin mütəxəssisləri, eləcə də bir sıra fermerlər iştirak ediblər.

Müşahidələr zamanı müəyyən edilmişdir ki, siçanabənzər gəmiricilərlə mübarizəni qənaətbəxş hesab etmək olar. Belə ki, əkin sahələrində noyabr ayından başlayaraq mart ayının birinci ongünlüyünədək sink-fosfid preparatı ilə hazırlanan aldadıcı yemlər, nisbətən qarlı günlər və suvarma onların ziyanlı həddini xeyli aşağı salmış, əkinlərdə ümumi işlək yuvaların sayı kifayət qədər azalmışdır.

Bundan əlavə taxıl sahələrində çox az sayda bağacıq, mənənə qeydə alınmış, alaqlarla zibillənmə isə herbisid tətbiq edilmiş sahələrdə nisbətən az, digərlərində 15-17% təşkil edir. Bəzi əkinlərdə turpəng, vələmir, adi qanqal, pıtraq da qeydə alınıb. Taxıl sahələrində hələlik xəstəlik törədiciləri müşahidə edilməyib.

Sonda taxıl sahələrində fitosanitar sabitliyin qorunması ilə bağlı fermerlərə tövsiyələr verilib.

 BMTBETİ-NİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN TAXIL ƏKİNİ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB
 BMTBETİ-NİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN TAXIL ƏKİNİ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB
 BMTBETİ-NİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN TAXIL ƏKİNİ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB
 BMTBETİ-NİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN TAXIL ƏKİNİ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB
 BMTBETİ-NİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN TAXIL ƏKİNİ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB
 BMTBETİ-NİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN TAXIL ƏKİNİ SAHƏLƏRİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI FİTOSANİTAR MÜŞAHİDƏLƏR APARILIB

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi

Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq

BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı

Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada