veten informasiya agentliyi

Turaz saytının rəhbəri hamımızın sevimlisi Cəmil Zəbhulla oğluna dost hədiyyəsi

Tarix:12-03-2025, 20:45
Baxış Sayı:189

Turaz saytının rəhbəri hamımızın sevimlisi Cəmil Zəbhulla oğluna dost hədiyyəsiTuraz saytının rəhbəri hamımızın sevimlisi Cəmil Zəbhulla oğluna dost hədiyyəsi
Turaz saytının rəhbəri hamımızın sevimlisi Cəmil Zəbhulla oğluna dost hədiyyəsi
Yaxşı dostun yeri görünür hər zaman
İnsanları tanımaq üçün ya həm söhbət olmalısan, ya da ki, dost. Bunun sayəsində necə insan olduğunu kəşf edə biləsən.Bəli insanları kəşf etmək onun iç dünyasına baş vuraraq onun kimliyini öyrənmək bir o qədərdə asan deyil. Ona görə ki, buna vaxt və zaman lazımdır.
30 il yaradıcılığı ilə xalqına xidmət edərək öz peşəsinə dərindən bağlı olan bir insan haqqında danışacam-Cəmil Zabulla oğlu.
Cəmil müəllimlə olan dostluğumuza Daşdəmir Əjdər oğlu Tağıyevin yəni hamımızın hörmət bəslədiyi Daşdəmir müəllimin vasitəsi ilə imza atdıq demək olar. Cəmil müəllim dostlarımızla yaxından dost əlaqələrini qoruyub saxlayır
Dost deyəndə uca dağı anırıq,
Bu yollarda nə daş olur, nə kəsək,
Bir baxışla dərd sərini qanırıq,
Dost yolunda nə inciyək, nə küsək.
Turaz saytının rəhbəri Cəmil müəllim xətri əziz, yaradıcılığı zəngin olan yaradıcı dostlara dəstək duraraq onların yazılarını öz səhifəsində təmənnasız paylaşan ictimai xadim vətən sevdalı bir el oğludur. O cümlədən mənim də yazılarımı paylaşaraq oxuculara çatdıraraq yaradıcılığma dəstək duran öz yaxşılığını əsirgəməyən bir redaktordur. Bu yerdə bir misal çəkmək istərdim- “Elə insan var dost dediyi adamın uğurunu qısqanır ona dəstək olmur, amma elə dost da var Cəmil müəllim kimi öz xeyirxahlığını insandan əsirgəmir”. Biz bu yaxşı əməlləri Cəmil müəllimdən saysız qədər gördük. Əl tutub hər zaman yaxşılıq etməyə çalışır.
Doğru əməl, doğru insan yaxşıdır,
Qismət payı fələyin naxışıdır,
İnsanın insanlığa baxışıdır,
Əməl gərək yaxşı ola öyəsən.
Cəmil müəllimin gördüyü hər bir iş yaxşılıqla görülərək doğruluqla düzgünlüyün vəhdəti olub.
Vətəni sevdiyi qədər xalqına bağlı bir insandır Cəmil müəllim.
Mənim bu yazını yazmaqda məqsədim odur ki,biz hər zaman yaxşı insalara dəyər verərək ədalətli insanların yanında olaq ki qoy onların gördüyü işlərə baxıb qürurlansın ətrafındakılar.
Sonda mən qəlbi dağlardan axan buz şəlalələr kimi saf qəlbli el oğluna uğurlar diləyərək yeni-yeni yaradıcılıq uğurları arzu edirəm. Ona Allahdan can sağlığı gözəl ömür nəsib olmasını arzu edirik.
Yaz yarat həyat gözəl ömür şirin,
Buz bulaqlı çaylar kimi qəlbin sərin,
Dost adını uca tuttun sirri dərin,
Silinməz iz saldın, Cəmil müəllim,
Zəhmətlə ucaldın, Cəmil müəllim.
Sadəlik insana hörmət gətirir,
Yaxşılıq etdiyin barı bitirir,
Nankorluq həyatda dostun itirir,
Elindən bac aldın,Cəmil müəllim.
Zəhmətlə ucaldın, Cəmil müəllim.
İllər üstə dən düşür qara saça,
Ömür ötür tələsir qaça-qaça,
Hər bir yaşda siz ucalardan -uca ,
Demərəm qocaldın ,Cəmil müəllim,
Zəhmətlə ucaldın, Cəmil müəllim.
Yaradıcılığınızda hər zaman olduğu kimi öndə olasınız.
Könül quşunuz daim ucalarda pərvaz edərək sizi zirvələrə ucaltsın hörmətli Cəmil müəllim.
Hər zaman bir dost kimi yanınızda olan dostlarınızın adından.
Hörmətlə : Şəhla Xəlilqızı "Qəbələnin səsi” ədəbi yazarlar birliyinin sədri

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada