veten informasiya agentliyi

Bu ölkədən kritik Türkiyə qərarı: Tək çarə Ankaradır

Tarix:4-03-2025, 20:17
Baxış Sayı:188

Bu ölkədən kritik Türkiyə qərarı: Tək çarə AnkaradırRusiya qazının Ukrayna ərazisindən keçməsi dayandırıldıqdan sonra Slovakiya Rusiya qazını “Türk axını” kəməri ilə Macarıstan üzərindən nəql etməyə başlayıb.

Slovakiyanın ən böyük təbii qaz ötürmə şirkəti olan “Eustream”-in Ukrayna sərhədi yaxınlığında yerləşən Velke Kapusany şəhərindəki obyekti Ukrayna üzərindən Avropaya nəql edilən Rusiya qazının nəqli üçün istifadə olunurdu.

Lakin Ukrayna Rusiya ilə davam edən müharibə səbəbindən tranzit sazişini yenidən müzakirə etməkdən imtina etdikdən sonra, ilin əvvəlində Ukrayna üzərindən Rusiya qazının Avropa İttifaqı (Aİ) ölkələrinə axını dayandırılıb.

Bu səbəbdən Slovakiya Rusiya qazını “Türk axını” kəməri ilə Macarıstan üzərindən nəql etməyə başlayıb. Rusiyanın enerji şirkəti "Qazprom" da Ukraynanın Avropaya təbii qaz tədarükü ilə bağlı müqaviləni uzatmaması və Moldovanın borcunu ödəməməsi səbəbini əsas gətirərək yanvarın 1-dən Avropaya qaz nəqlini dayandırdığını açıqlayıb.

Rusiyadan Avropaya təbii qaz daşıyan boru kəmərlərinin istismardan çıxması və Ukrayna üzərindən qaz nəqlinin dayanması ilə “Türk axını” təbii qaz boru kəməri qazı Avropaya daşıya bilən yeganə tranzit marşrutu kimi diqqət mərkəzindədir.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir