veten informasiya agentliyi

Pensiya artırılır? - 500 manat…

Tarix:2-03-2025, 23:16
Baxış Sayı:132

Pensiya artırılır? - 500 manat…Milli Məclisin deputatı Mübariz Qurbanlının son təklifi müzakirə obyektinə çevrilib. Belə ki, millət vəkili həyat yoldaşını işləməyə qoymayan kişinin maaşının bir hissəsinin qadının pensiya fonduna keçirilə biləcəyini deyib.

Sitat: "Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişi özü qadını işləməyə qoymayıb"

Sözügedən təklif sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bunu təqdir edənlər də var, kəskin etirazlar səsləndirənlər də...

Bu mexanizmin tətbiqi mümkündürmü? Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deputatın fikrini dəstəkləməyib:

"Bu məsələ qanuniləşərsə, dövlət ailə məsələlərinə müdaxilə etmiş olur. Qərar böyük problemlər yarada bilər. Bütün ailələr sona qədər birliyini qorumur, kifayət qədər boşananlar var. Digər tərəfdən sistem necə qurulacaq? Kişilərə bir-bir zəng vurub həyat yoldaşına işləməyə icazə verib-vermədiklərini soruşacaqlar? Bu gün nikah müqaviləsi ilə bağlı məsələni belə həll edə bilmirik".

İqtisadçı bildirib ki, bu qərar Azərbaycan ailə dəyərlərinə ziddir:

"Əvəzində evdar qadınlar üçün daha yüksək məbləğdə minimum pensiya məbləği müəyyənləşdirilə bilər. Məsələn, minimum pensiya 320 manatdırsa, evdar qadınlara bu, 400-500 manat olsun. Yəni 25 faiz daha çox...Ən sadə həll yolu budur. İndiki halda ABŞ və ya Avropa ölkələrində müşahidə olunan tendensiyanı ölkəyə daşımaq doğru deyil".

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada