veten informasiya agentliyi

Yol polisi səfərə çıxan sürücülərə müraciət etdi

Tarix:28-02-2025, 19:26
Baxış Sayı:180

Yol polisi səfərə çıxan sürücülərə müraciət etdiBaş Dövlət Yol Polisi İdarəsinin səfərə çıxan sürücülərə müraciət edib.

İdarədən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, səfərə çıxan sürücülərə müraciət edərək, yol bərəkəti təhlükəsizliyinə diqqət yetirmələri və qaydalara riayət etmələri ilə bağlı bir neçə mühüm məqamı xatırladır:

"Yol şəraitinə uyğun sürət seçin - havanın və yolun vəziyyətindən asılı olaraq sürət həddinə riayət edin. Hətta normalda təhlükəsiz olan sürət, əlverişsiz hava şəraitində və ya intensivlik çox olan yolda riskli ola bilər.

Yolda diqqətli olun - səfər zamanı diqqətinizi cəmləyin və hər zaman ehtiyatlı sürüş edin. Telefon istifadəsi, yorğunluq və ya digər səbəblər diqqəti yayındırır və qəza riskini artırır.

Təhlükəsizlik kəmərlərini bağlayın - hər bir sərnişin üçün təhlükəsizlik kəmərinin bağlanması vacibdir. Bu, həm sürücünün, həm də sərnişinlərin həyatını qorumağa kömək edir.

Avtomobilinizin texniki vəziyyətini yoxlayın - yola çıxmazdan əvvəl avtomobilinizin texniki vəziyyətini, xüsusilə əyləc sistemləri, işıqlandırma və təkərlərin vəziyyətini yoxlayın.

Yol polisinin tövsiyələrinə əməl edin - yolda hər hansı bir hərəkət məhdudiyyətləri və ya yol vəziyyəti ilə bağlı məlumat aldıqda, dərhal lazımi tədbirləri görərək yol polisi əməkdaşlarının göstərişlərinə riayət edin.

Səfərinizin təhlükəsiz və rahat keçməsi üçün diqqətli və məsuliyyətli olun!".

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada