veten informasiya agentliyi

Sürücülük vəsiqəsini yeniləmək istəyənlərə ŞAD XƏBƏR

Tarix:27-02-2025, 12:31
Baxış Sayı:115

Sürücülük vəsiqəsini yeniləmək istəyənlərə ŞAD XƏBƏRDaxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən "E-Polis" tətbiqinə yeni funksiyalar əlavə edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər. Bunun üçün mobil tətbiqə daxil olaraq "yeni" müraciət bölməsinə keçid etməli və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətini seçməlidirlər. "Müraciət et" düyməsini sıxdıqdan sonra sürücülük vəsiqəsinə aid məlumatlar avtomatik olaraq pəncərədə əks olunacaq.

Vətəndaş dəyişdirilmə səbəbini qeyd etməli və sürücülük vəsiqəsini təhvil alacağı məntəqəni müəyyənləşdirməlidir. Sürücülük vəsiqəsində əks olunacaq şəkil üçün vətəndaş şəxsiyyət vəsiqəsində olan şəkili seçə və ya yeni şəkil yükləyə bilər. Yeni şəkil seçimində vətəndaşın üzü aydın görünməli və şəkil ağ fonda çəkilməlidir. Əgər hazırkı sürücülük vəsiqəsində vətəndaş eynəklidirsə, yeni şəkil də eyni formada çəkilməlidir. Növbəti mərhələdə dövlət rüsumu onlayn şəkildə ödənilir və sürücülük vəsiqəsinin dəyişdirilməsi "müraciətlərim" xanasında "gözləmədə" statusu şəklində görünür.

Müraciət edilən məntəqədə sürücülük vəsiqəsi operator tərəfindən hazırlandıqdan sonra status "hazırdır" olaraq dəyişdirilir. Bundan sonra vətəndaş məntəqəyə yaxınlaşaraq yeni sürücülük vəsiqəsini əldə edə bilər.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı