veten informasiya agentliyi

Şəhid atası : “Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” – ŞİKAYƏT

Tarix:26-02-2025, 17:05
Baxış Sayı:119

Şəhid atası : “Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” – ŞİKAYƏT


Şəhid atası Səfərov İrzəxan Həmzəxan oğlu Analoq.az-a müraciət edərək ona məxsus 0.06 ha həyətyanı torpaq sahəsinin Masazır Bələdiyyəsi tərəfindən zəbt edilərək qanunsuz ələ keçirilməsini bildirib.

Qeyd edək ki, şəhid atası Səfərov İrzəxan Həmzəxan oğlu Masazır Bələdiyyəsinin 16.04.2007-ci tarixli, 17 saylı qərarına əsasən alqı – satqı müqaviləsi ilə İslamova Zümrüd Rəşid qızına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini notarial qaydada 24.12.2004-cü ildə almışdır.

Şəhid atası : “Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” – ŞİKAYƏT

İrzəxan Səfərov sənədləşdirmə prosesini davam edərək torpağa müvafiq çıxarış almaq üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etdikdə ona həmin qurumun 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən rəsmi cavab verilərək sözü gedən torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmiş və bu səbəbdən də onun müraciəti imtina edilib.

Şəhid atası : “Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” – ŞİKAYƏT


Səfərov İrzəxan Həmzəxan oğlu iddia edir ki, onun qanuni şəkildə aldığı torpaq sahəsini Masazır Bələdiyyəsi, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyevlə əlbir olub başqa şəxsə satıblar.

İddianın nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmaq və obyektivliyi qorumaq üçün Abşeron rayonu, Masazır Bələdiyyəsinin ötən dönəmki sədri Elşad Sadıqovla əlaqə saxladıq. O belə bir problemin olmasını bildirdi və əlavə etdi ki, hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi gedir. Məsələnin mahiyyəti, səbəbləri barədə vətəndaşın iddiaları ilə bağlı daha ətraflı cavab vermək üçün Bələdiyyənin hüquqşünasının bizimlə əlaqə saxlayacağını bildirdi. Təəssüf ki, hələ də əlaqə saxlayıb aydınlıq gətirən olmadı.

Şəhid atası : “Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” – ŞİKAYƏT

Fotoda Elşad Sadıqov
Səfərov İrzəxanın ölkə başçısına və bir çox dövlət qurumlarına , o cümlədən redaksiyamıza yolladığı şikayət ərizəsində daha çox diqqət çəkən məqam isə onun Masazır Bələdiyyəsinin qarşında intihar etmək mesajıdır.

Şəhid atası : “Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” – ŞİKAYƏT


Ölkə başçısı Cənab İlham Əliyev “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalqın xidmətçiləridir” deyirsə Masazır bələdiyyəsinin sədri Elşad Sadıqov da birmənalı olaraq şəhid atası İrzəxan Səfərovun və Masazır sakinlərinin problemlərinin yanında olmalı , onların həllində bilavasitə iştirak etməlidir. Çünki Elşad Sadıqov da ölkəmizdə keçirilən şəffaf bələdiyyə seçkilərində də səsi məhz xidmətçisi olduğu xalqın nümayəndələrinin sayəsində qazanıb.

SİTAT :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq”.

Bu yazılanlardan sonra ümid edirik ki, şəhid atasının problemi obyektiv şəkildə araşdırılıb öz həllini tapacaq.

Şəhid atası : “Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” – ŞİKAYƏT
Şəhid atası : “Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” – ŞİKAYƏT

Şəhid atası İrzəxan Səfərov
Analoq.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı