veten informasiya agentliyi

Apteklərdə spirt satışı qadağan edilib? - Həkimdən vacib AÇIQLAMA

Tarix:26-02-2025, 11:05
Baxış Sayı:141

Apteklərdə spirt satışı qadağan edilib? - Həkimdən vacib AÇIQLAMAFevralın 22-si və 23-ü tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin spirt qəbul edərək zəhərlənməsi ilə bağlı rəsmi xəbərlər yayılıb. Bu hadisədən sonra isə bəzi etil spirtlərin satışının ləğvi barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məsələ ilə əlaqədar Baku TV Sabunçu rayonunda olub.

Məlum olub ki, sözügedən ərazidəki apteklərdə həmin spirtlərin satışı ləğv edilib.

Texniki spirtlərin istehlakının fəsadlarına gəldikdə isə həkim Abbas Bağırov deyir ki, bu məhlulların 20 millilitr miqdarda qəbulu görmə sinirinin iflicinə səbəb olur, korluq yaradır:

"Daha artıq qəbulu isə tənəffüs çatışmazlığı, qıcolma vəziyyəti yaradır. Eyni zamanda, beyin qan dövranı pozulur və nəticədə ölüm halları baş verir".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, qurum tərəfindən texniki spirtin ləğvi barədə qərar verilməyib.

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada