veten informasiya agentliyi

"Temu"dan sifariş verənlərin DİQQƏTİNƏ

Tarix:26-02-2025, 10:59
Baxış Sayı:147

"Temu"dan sifariş verənlərin DİQQƏTİNƏ"Temu" göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrılıb.

İKTA-dan bildirilib ki, bu, Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin ən böyük elektron satış platformalarından olan "Temu" rəsmiləri arasında görüş zamanı müzakirə edilib.

Həmçinin görüşdə son zamanlar bu platforma üzərindən Azərbaycana birbaşa daşımalarla bağlı vətəndaşların narahatlığının artması və narazılığının tez bir zamanda araşdırılaraq aradan qaldırılması üçün zəruri addımlardan bəhs olunub. 

Həmçinin İKTA və "Temu" arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.

Bildirilib ki, tənzimləyici qurum olan İKTA xaricdən birbaşa daşımalarda həm vətəndaşların, həm də sahibkarlıq subyektləri olan poçt rabitəsi operatorlarının mənafelərinin qorunmasında maraqlıdır. Bu baxımdan yaranan şikayətlər sürətlə araşdırılmalı və operativ həll edilməlidir.

Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və bu kimi problemlərin qısa zamanda aradan qaldırılması üçün Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb. Görüşdə, həmçinin belə müzakirələrin davamlı aparılması qərara alınıb.

"Temu" rəsmiləri, eyni zamanda İKTA vasitəsilə daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması üçün Azərbaycanın poçt xidmətləri üzrə tənzimləyici qurumu ilə təmaslar quracaq xüsusi koordinatorun müəyyən olunacağını bildiriblər.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İKTA vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib.

Bu məqsədlə müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılıb və nöqsanların qısa zamanda aradan qaldırılması tələb edilib.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı