veten informasiya agentliyi

Rusiya İrandan CAVAB GÖZLƏYİR - Azərbaycanın iştirakçısı olduğu layihənin...

Tarix:24-02-2025, 15:30
Baxış Sayı:170

Rusiya İrandan CAVAB GÖZLƏYİR - Azərbaycanın iştirakçısı olduğu layihənin...Rusiya İrandan yaxın vaxtlarda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaq sahəsinin alınması üçün qrafik təqdim edəcəyini gözləyir.

Bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov "İzvestiya" qəzetinə müsahibəsində bildiri .

“Biz bunu (torpaq alqı-satqısı cədvəli ) yaxın gələcəkdə gözləyirik”, - deyə o bildirib.

Diplomatın fikrincə, bu, layihənin həyata keçirilməsinə əminlik təmin etməlidir.

“Məndə belə təəssürat yaranıb ki, İran tərəfi Rusiya tərəfi kimi bu layihənin həyata keçirilməsində qərarlıdır”, - o əlavə edib.

Yanvarın 24-də İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva və Tehranın 2025-ci ilin mart ayının sonuna kimi Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamaq haqqında saziş imzalayacağını bildirib. O qeyd edib ki , yanvarın 17-də Moskvada danışıqlar zamanı Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian tikintiyə bu ilin mart ayının sonunadək başlamaq haqqında saziş imzalamaqla bağlı razılığa gəliblər.

162 km uzunluğunda olan Rəşt-Astara hissəsi İranın ən mühüm dəmir yolu layihəsidir. Yol İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir . Bu dəhliz, öz növbəsində, Rusiya, İran, Azərbaycan və Hindistan avtomobil yollarının inteqrasiyası üçün nəzərdə tutulan beynəlxalq Şimal-Cənub layihəsinin bir hissəsidir. 2023-cü ilin mayında Moskva və Tehran İranda Rəşt-Astara qərb marşrutu dəmir yolunun yekun hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir