veten informasiya agentliyi

"Deməli, minalar rus hərbçilər bölgədən getdikdən sonra Xocalı ətrafında basdırılıb"

Tarix:22-02-2025, 11:31
Baxış Sayı:182

"Deməli, minalar rus hərbçilər bölgədən getdikdən sonra Xocalı ətrafında basdırılıb"Xocalıda mina partlayışı o deməkdir ki, erməni separatçılar Azərbaycan Ordusunun antiterror əməliyyatı zamanı təcili bölgəni tərk edərkən çıxdıqları ərazilərdə minalar basdırıblar.

Bu sözləri politoloq Elxan Şahinoğlu Xocalıda mina partlaması nəticəsində Qarabağ müharibəsi veteranı Nağı İmanovun yaralanması və ayağının amputasiya edilməsi barədə bildirib.

O qeyd edib ki, Xocalı işğal dövründə təmas xəttində yerləşməyib, həmin ərazidən özləri də istifadə etdiyindən minaları Azərbaycan Ordusu ilə ayırıcı ərazilərdə basdırmışdılar:

"Digər tərəfdən 9 noyabr 2020-ci il bəyanatına görə, rusiyalı sülhməramlılar Xocalıda yerləşmişdilər. Rus hərbçilərin orada olduğu müddətdə Xocalıda mina partlayışı qeydə alınmamışdı. Deməli, minalar rus hərbçilər bölgəni tərk etdikdən sonra Xocalı ətrafında basdırılıb.

Ümumiyyətlə, separatçılar İkinci Qarabağ müharibəsindən sonra da Qarabağın müxtəlif istiqamətlərində minalar yerləşdiriblər. Rusiyalı hərbçilər minaların Ermənistandan Qarabağa daşınmasında separatçılara yardım ediblər. Bunun nəticəsidir ki, 2020-ci il müharibəsinin sonundan bu yana qurbanlarımızın sayı 383 nəfərə çatıb. ANAMA-nın işi çoxdur".

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Xırdalanda avtomobil yandı
Xırdalanda avtomobil yandı
Bərdədə piyadanı maşın vurub öldürdü
Bərdədə piyadanı maşın vurub öldürdü