veten informasiya agentliyi

Rusiya böyük sürprizi açıqladı: Türkiyədə qiymətlər enir

Tarix:18-02-2025, 13:05
Baxış Sayı:170

Rusiya böyük sürprizi açıqladı: Türkiyədə qiymətlər enir

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) analitik xidmətinin apardığı təhlilə əsasən, yay mövsümü üçün Türkiyədə otel qiymətlərində ucuzlaşma olacaq.

Rusiyada dolların məzənnəsinin 12, avronun isə 10 faiz ucuzlaşması ən çox Türkiyəyə təsir edib.

Fevral ayında turoperatorların yay üçün erkən rezervasiya kampaniyalarının birinci mərhələsi başa çatıb. Bununla belə, yanvar ayı ilə müqayisədə iyun ayı üçün eyni otellər üzrə tur qiymətləri orta hesabla 6-7 faiz ucuzlaşıb.

Bildirilir ki, aviabiletlərin qiymətlərinin mütəmadi olaraq dəyişməsi paket turlarda qiymət dinamikasına təsir edir. Buna görə də məzənnənin aşağı düşməsi paket turların azalması ilə üst-üstə düşmür.

İyunun 11-də Moskvadan yola düşəcək 10 gecəlik, hər şey daxil turların qiymətləri aşağıdakı kimidir:

4 ulduzlu otellər

İki nəfər üçün: 140-170 min rubl (3000 manat)

Üç nəfər (1 uşaq): 170-230 min rubl (4000 manat)

Dörd nəfər (8 və 10 yaşlı iki uşağı olan ailə): 230-300 min rubl (5500 manat)

5 ulduzlu otellər

İki nəfər üçün: 150-220 min rubl (4000 manat)

Üç nəfər (8 yaşında 1 uşağı olan ailə): 195-250 min rubl (4300 manat)

Dörd nəfər (8 və 10 yaşlı iki uşağı olan ailə): 250-340 min rubl (5200 manat)

Yüksək səviyyəli 5 ulduzlu otellər

İki nəfər üçün: 300-370 min rubl (6900 manat)

Üç nəfər (8 yaşında bir uşağı olan ailə): 360-415 min rubl (8300 manat)

Dörd nəfər (8 və 10 yaşlı iki uşağı olan ailə): 460-540 min rubl (10 min manat)

"Deluxe" səviyyəsində 5 ulduzlu otellər

İki nəfər üçün: 390-550 min rubl (10 100 manat)

Üç nəfər (8 yaşında 1 uşağı olan ailə): 420-630 min rubl (11 800 manat)

Dörd nəfər (8 və 10 yaşlı iki uşağı olan ailə): 550-800 min rubl (15 000 manat)

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu