veten informasiya agentliyi

Həcc ziyarətinə uşaq aparmaq qadağan olunub? - RƏSMİ AÇIQLAMA

Tarix:17-02-2025, 14:20
Baxış Sayı:144

Həcc ziyarətinə uşaq aparmaq qadağan olunub? - RƏSMİ AÇIQLAMA 

Hələlik Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı bizə rəsmi bildiriş gəlməyib.

Bunu açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

"Biz körpə uşaqları aparmırıq. Ötən il də belə etdik. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Bizə bununla bağlı müraciət edənlər yoxdur, sadəcə soruşurlar. Biz də tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib.

Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.

Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində bir neçə yeni qərar verib.

Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmənin artırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlər üçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılması və dini ayinlərin icrasının asanlaşdırılması üçün çadır düşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlar arasındadır.

Nazirlik, həmçinin əlavə edib ki, bu mövsümdə iştirak üçün əsas üstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərə veriləcək.

2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanı vətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub. Zəvvarlar "Nusuk" tətbiqi və rəsmi onlayn portal vasitəsilə qeydiyyatdan keçə biləcəklər.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı