veten informasiya agentliyi

Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? - AÇIQLAMA

Tarix:15-02-2025, 21:52
Baxış Sayı:122

Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? - AÇIQLAMA

Bakıda hələ də minlərlə fərdi ev və torpaq sahəsi sənədsiz olaraq qalır. Bu problem illərdir mövcud olsa da, tam həllini tapmayıb.

Bəs sənədsiz evlərin və torpaqların aqibəti necə olacaq?

Bu barədə əmlak eksperti Elnur Fərzəliyev açıqlamasında bildirib ki, bu göstərici təxminən 500 minə yaxındır va çıxarışların verilməməsinin bir sıra səbəbləri var:

"Əsas səbəblərdən biri həmin torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaqlarına aid olmamasıdır. Belə ki, bu evlər kənd təsərrüfatı və digər təyinatlı torpaqlar üzərində inşa edilib. Onlara çıxarışların verilə bilməsi üçün həmin torpaq sahələrinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələri torpaqlarına çevrilməlidir. Bundan başqa, təhlükəli zonalarda, məsələn, kommunikasiya xətləri ilə neytral məsafədə və ya dənizkənarı qadağan olunmuş ərazilərdə inşa edilən evlər də qanunvericiliyə əsasən çıxarışla təmin oluna bilmir".

Ekspert qeyd edib ki, son illər ərzində çıxarışsız fərdi həyət evlərinin sənədləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb:

"2019-cu ildə Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinə çıxarışlar verilsə də, sonradan pandemiya səbəbindən bu proses dayandırılıb. Hazırda yeni konsepsiyalar hazırlanır və bu proses başa çatdıqdan sonra sənədləşmə ilə bağlı müvafiq addımların atılması gözlənilir. Bakıda çıxarışsız əmlakların böyük bir hissəsi bələdiyyə torpaqları üzərində tikilib. Lakin paytaxt bələdiyyələrinin torpaq xəritələri hazırlanmadığından bu ərazilərin dəqiq sərhədləri müəyyən olunmayıb və nəticədə çıxarışların verilməsi mümkün olmur. Bundan əlavə, Yasamal, Alatava, Sovetski, Papani və digər ərazilərdə sovet dövründən qalmış yaşayış massivləri mövcuddur. Bu yaşayış sahələri uzun illərdir mövcud olsa da, onların da əksəriyyəti çıxarışsızdır".

E. Fərzəliyevin sözlərinə görə, çıxarışların olmaması həm vətəndaşların mülkiyyət hüquqlarının tanınmaması, həm də dövlət büdcəsinin böyük həcmdə vergi gəlirlərindən məhrum olması ilə nəticələnir:

"Əgər bu əmlaklar çıxarışla təmin olunsa, torpaq və əmlak vergilərinə cəlb edilərək dövlət büdcəsinə əhəmiyyətli vəsait daxil ola bilər. 2023-cü ildən etibarən yeni qaydalara əsasən, yaşayış məntəqələri torpaqlarına aid olmayan sahələrdə fərdi yaşayış evlərinin tikintisi üçün kommunikasiya xətlərinin çəkilməsi qadağan edilib. Bu addımın əsas məqsədi gələcəkdə belə ərazilərdə qeyri-qanuni tikililərin qarşısını almaqdır. Hazırda çıxarışların verilməsi ilə bağlı konsepsiyalar hazırlanır və yekunlaşdıqdan sonra mümkün olan ərazilər sənədləşdirilərək çıxarışlarla təmin ediləcək".

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı