veten informasiya agentliyi

Azərbaycan Qiymətləndiricilər Palatası rəsmi fəaliyyətə başladı

Tarix:15-02-2025, 11:55
Baxış Sayı:127

Azərbaycan Qiymətləndiricilər Palatası rəsmi fəaliyyətə başladı

Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinə olan tələblər uzun illərdən bəri müxtəlif dövrlərdə dəyişmiş və yenilənmişdir. 26.01.1993-cü il tarixli, №463 saylı Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ölkəmizdə qiymətləndirmə sahəsində əsaslı bir çərçivə yaratmış, müstəqil qiymətləndiricilərə müəyyən öhdəliklər qoymuşdu.
2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi 1052-VIQ saylı «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu, bu sahədəki mövcud boşluqları aradan qaldırmaq məqsədini daşıyır. Yeni qanunla qiymətləndirmə fəaliyyəti tamamilə müasir standartlara uyğunlaşdırılırılıb və bu sahədə peşəkarlıq, şəffaflıq və etibarlılıq əsas prioritetlərdən biridir. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) təsis edilməsi də bu yeniliklərin bir hissəsidir.
AQP-nin yaradılması ilə qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi və qiymətləndiricilərin peşəkarlığına yeni tələblər formalaşdırılıb. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə ixtisas imtahanlarını uğurla keçən qiymətləndiricilər artıq Palatanın üzvü olmaq üçün müraciət edə bilərlər. Bu, sahə üzrə daha yüksək keyfiyyətli xidmətlərin təmin olunmasına, həmçinin qiymətləndirmə fəaliyyətinin peşəkar standartlara uyğunluğunun təmin edilməsinə imkan verəcək.
Həmçinin, Qanunun tələblərinə uyğun olaraq, 17 fevral 2025-ci ilə qədər qiymətləndiricilərin, həmçinin qiymətləndirici təşkilatların yeni reyestrinin formalaşdırılması prosesi yekunlaşacaq və bu zaman yalnız Palatanın üzvü olan, yəni imtahanlardan müvəffəqiyyətlə keçən qiymətləndiricilərin fəaliyyəti etibarlı sayılacaq. Bu dəyişikliklər, bazarda qeyri-peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinə məhdudiyyətlər qoyulmasına və daha güclü bir nəzarət mexanizminin qurulmasına imkan yaradacaq.
Qiymətləndirmə sahəsində bu cür ciddi islahatlar, yalnız müasir dövrün tələblərinə cavab vermək üçün deyil, həm də bazarda şəffaflığın və etibarlılığın artırılması məqsədini güdür. Yeni qanunla Azərbaycan, beynəlxalq standartlara uyğun qiymətləndirmə xidmətləri göstərən bir ölkə olaraq inkişafını davam etdirəcək.
Beləliklə, qiymətləndirmə sahəsindəki bu yeniliklər, ölkəmizin iqtisadi inkişafına və əmlak bazarının daha etibarlı və şəffaf şəkildə fəaliyyət göstərməsinə mühüm töhfə verəcəkdir.

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada