veten informasiya agentliyi

Əlilliyə görə verilən müavinətlər artacaq?

Tarix:10-02-2025, 21:05
Baxış Sayı:137

Əlilliyə görə verilən müavinətlər artacaq?Azərbaycanda maaşların və pensiyaların artmasından sonra insanları maraqlandıran əsas məsələlərdən biri əlilliyə görə verilən müavinətlərin artıb-artmaması ilə bağlıdır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncama əsasən, sosial müavinətlər və təqaüdlərin artırılması da nəzərdə tutulur:

"Belə ki, sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Prezident tərəfindən Nazirlər Kabinetinə 3 ay vaxt verilib və sərəncamın imzalandığı gündən 3 ay ərzində Nazirlər Kabineti təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Daha sonra da, təbii ki, Prezident tərəfindən sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı qərar qəbul ediləcək. Azərbaycanda sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı dövlət başçısı tərəfindən tapşırıq olduğuna görə bu istiqamətdə artımlar olacaq".

Deputat qeyd edib ki, Nazirlər Kabineti tərəfindən təkliflərin mart ayının ikinci yarısında təqdim olunacağı və daha sonra dövlət başçısı tərəfindən artımla bağlı sənədin imzalanması gözlənilir.

"Əlilliyə görə ödənilən sosial müavinət, bötövlükdə müavinət növlərindən biridir. Nəzərə alsaq ki, sözügüdən sərəncamla sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib, bu baxımdan, artıq Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunduqdan sonra hansı istiqamətdə artımların olacağı və artım faizlərinin nə qədər olacağı bəlli olacaq.

Sözsüz ki, biz əlilliyə görə verilən müavinətin artırılması ilə bağlı da təkliflərimizi təqdim etmişik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsi və Nazirlər Kabineti tərəfindən təkliflər hazırlandıqdan sonra məhz hansı müavinətlərdə artımların olması və artım faizləri bəlli olacaq. Bütövlükdə biz sosial paketin növbəti mərhələsində sosial müavinətlər və təqaüdlərdə artımları müşahidə edəcəyik", - deyə V.Bayramov əlavə edib.

Sabahın hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı
Prezident Zəfər tağının önünə gül dəstələri düzdü
Prezident Zəfər tağının önünə gül dəstələri düzdü
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA