veten informasiya agentliyi

Qəbələdə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Tarix:8-02-2025, 22:23
Baxış Sayı:161

Fevralın 7-də Qəbələ rayon Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli festivalın əhəmiyyətdən bəhs edərək açıq elan edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova qonaqları salamlayaraq festivalın Qəbələdə keçirilməsindən məmnunluğunu qeyd edib və Azərbaycan musiqisinin keyfiyyətindən və beynəlxalq səviyyədə tanınmasından bəhs edib.
"Qış nağılı" Beynəlxalq Musiqi Festivalına Azərbaycan Dövlət Simfonik Orkestrının bədii rəhbəri və baş dirijoru Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə start verilib.
Daha sonra solistlər: Vanessa Qaykoeçea Aqorriya, Sercio Vitale və Azərbaycan Respublikasının Xalq artisti Yusif Eyvazovun çıxışları ilə davam edib.
Festival fevralın 8-də saat 16:00-da Bakı Xareoqrafiya Akademiyasının şagird və tələbələrinin konserti, 20:00-da Heydər Əliyev Konqres Mərkəzində, 9 fevral saat 16:00-da Bakı Kamera Orkestrının və 20:00- da Heydər Əliyev Konqres Mərkəzində Aydar Qaynullin və Eyforiya Ansamblının ifaları, 10 fevral saat 16:00-da "Glassduo" ansamblının Qafqaz Riverside Hoteldə çıxışı ilə davam edəcək.
Festivalın təntənəli bağlanış mərasimi 10 fevral saat 20:00-da "Qaytağı" instrumental ansamblının çıxışı ilə Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.
#festival #qəbələ #qışfestivalı #mədəniyyət

YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
Azərbaycan-Kamboca əməkdaşlığında yeni mərhələ
Azərbaycan-Kamboca əməkdaşlığında yeni mərhələ
Hörmüz boğazında iki gəmi batdı: İranın məqsədi bəlli oldu
Hörmüz boğazında iki gəmi batdı: İranın məqsədi bəlli oldu
Əliyev Türkmənistanda Paşinyana vaxt verib: İrəvanda nəyə hazırlaşırlar?
Əliyev Türkmənistanda Paşinyana vaxt verib: İrəvanda nəyə hazırlaşırlar?
Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
Bu evlərə “kupça”a verilməyəcək
Bu evlərə “kupça”a verilməyəcək
Bu günün havası açıqlandı
Bu günün havası açıqlandı
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər