veten informasiya agentliyi

Bu tarixdən temperatur enəcək, güclü külək olacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ

Tarix:1-02-2025, 22:24
Baxış Sayı:138

Bu tarixdən temperatur enəcək, güclü külək olacaq - Hava ilə bağlı XƏBƏRDARLIQAzərbaycanda hava şəraitinin dəyişkənliyi, yüksək temperatur, son günlərdə qeydə alınan duman müxtəlif suallar yaradır.

Sualları ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva cavablandırıb.

- Umayra xanım, ilin bu dövründə dumanlı hava şəraiti nə ilə izah olunur?

- Əvvəlcədən proqnozlaşdırıldığı kimi hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsində inversiya dumanı formalaşır.

Məlumat üçün qeyd edim ki, ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydə alınıb. Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlim normasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır. Əsasən sakit küləksiz havada həm də inversiya qatının yaranması dumanlı hava üçün əlverişli şərait sayılır.

Hazırda Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

- Bir müddət öncə müxtəlif informasiya mənbələrində qışın sərt keçməsi haqqında proqnozlar verilmişdi, bunu necə şərh edərdiz?

- Bəli, belə xəbərlər yayılmışdı, lakin bu, ölkənin rəsmi qurumunun məlumatı deyildi.

Faktiki müşahidələr də bu kimi fərziyyələrin təsdiqini tapmadığı haqqında xəbər verir.

Belə ki, dekabr və yanvar aylarında orta aylıq temperatur normadan 1.2 dərəcə yuxarı olub.

Fevral ayının ilk günlərində normadan nisbətən yüksək temperatur rejimi davam edəcək.

- Yəni qarşıda bizi sərt qış gözləmir?

- Əlbəttə, hər il olduğu kimi soyuq dövrlər fevral ayı ərzində istisna edilmir və əhaliyə bu barədə 3-4 gün öncədən xəbərdarlıqlar təqdim olunur.

Fevral ayının birinci ongünlüyünün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır.

Müxtəlif hava saytları mövcuddur və bəzi hallarda orada təqdim olunan məlumat, rəsmi orqanın məlumatından fərqli olur. Buna görə daha dəqiq məlumatları meteo.az mobil tətbiqindən əldə etmək mümkündür.

Axtarışda olan 111 nəfər saxlanıldı
Axtarışda olan 111 nəfər saxlanıldı
İtkin düşmüş 8 nəfər tapıldı
İtkin düşmüş 8 nəfər tapıldı
Türkiyədə güclü zəlzələ oldu
Türkiyədə güclü zəlzələ oldu
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
BDYPİ bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Xırdalanda binada yanğın - Yeniləndi
Xırdalanda binada yanğın - Yeniləndi
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Rusiyada