veten informasiya agentliyi

İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?

Tarix:22-01-2025, 16:29
Baxış Sayı:173

İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?Ermənistan Avropa İttifaqının “müşahidə missiyası”nın fəaliyyətinin uzadılmasını istəyir. Hazırda bu məsələ müzakirə mərhələsindədir, lakin “missiya”nın Ermənistanı tərk etməyəcəyi aydın görünür. Bu, sülh sazişi mətnində Bakının irəli sürdüyü tələblərindən biridir və İrəvan bundan imtina edir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan müşahidə missiyasının vaxtının uzadılması variantını Aİ-yə təqdim etdiklərini açıqlayıb.

Lakin Ermənistan mediası İrəvanın Aİ misiyasını ölkədən çıxarmadan Bakının “üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması” tələbini də icra etməyin yollarını axtardığını yazır. “Hraparak” nəşri qeyd edir ki, bu variantlardan biri missiya üzvlərinin sərhəddən kənarda ofis rejimində fəaliyyət göstərməsidir.

Nəşr bunun mümkün olub-olmadığını Alen Simonyandan soruşub. Simonyan bildirib ki, bununla bağlı dəqiq cavab verə bilməyəcək.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir