veten informasiya agentliyi

İtaliya qəzeti 20 Yanvar faciəsindən yazdı

Tarix:20-01-2025, 10:07
Baxış Sayı:173

İtaliya qəzeti 20 Yanvar faciəsindən yazdıİtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində 20 Yanvar faciəsi ilə əlaqədar məqalə dərc olunub.

Yazıda 35-ci il əvvəl baş vermiş Yanvar hadisələrinin müasir Azərbaycanın müstəqilliyinə gedən yolda xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Qeyd olunur ki, Sovet İttifaqı rəhbərliyinin ayrı-seçkilik siyasəti və ölkəmizin Qarabağ bölgəsində yaşayan yüz minlərlə azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qalması Azərbaycan xalqının başlatdığı kütləvi etiraz aksiyalarının və milli azadlıq hərəkatının əsasını təşkil edib. Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridilib. Sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirib, 744 günahsız insan yaralanıb, bu qətliam Azərbaycan tarixinə “Qara Yanvar” kimi düşüb.

Vurğulanır ki, dinc əhaliyə qarşı törədilən bu kütləvi qırğınlar BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Bu faciədən dərhal sonra - yanvarın 21-də həyatını təhlükə qarşısında qoyan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını cəsarətlə ittiham edərək xalqa bağlılığını əməli şəkildə göstərib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən xüsusi qərarın qəbul edilməsi ilə xalqımızın məruz qaldığı dəhşətli faciəyə rəsmi olaraq siyasi-hüquqi qiymətin verilib.

Diqqətə çatdırılır ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinə gedən yolun başlanğıcı hesab olunur. 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatından sonra öz suverenliyini bərpa edən Azərbaycanda sülhün bərqərar olması üçün canlarından keçmiş şəhidlərin xatirəsi daim anılır.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir