veten informasiya agentliyi

Azərbaycanla Ermənistan RAZILIĞA GƏLDİ - Gürcüstandan İrana kimi...

Tarix:16-01-2025, 19:03
Baxış Sayı:178

Azərbaycanla Ermənistan RAZILIĞA GƏLDİ - Gürcüstandan İrana kimi...Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Bayramov Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti açıqladı
Bayramov Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti açıqladı
Əlillik təyinatı ilə bağlı yeni rəqəmlər açıqlandı
Əlillik təyinatı ilə bağlı yeni rəqəmlər açıqlandı
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...
Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...
“GPT-5.6” süni intellekt modeli bu gün ümumi istifadəyə verilir
“GPT-5.6” süni intellekt modeli bu gün ümumi istifadəyə verilir
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Lənkəran və Yevlaxda əməliyyat: 3 nəfər saxlanıldı
Lənkəran və Yevlaxda əməliyyat: 3 nəfər saxlanıldı