veten informasiya agentliyi

Mədəniyyət Nazirliyinin fəaliyyətində rəqəmsallaşma və ilin yekunlarına dair müşavirə keçirilıb

Tarix:4-01-2025, 17:16
Baxış Sayı:184

Dekabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi sistemində rəqəmsallaşmanın vəziyyətinə və ilin yekunlarına həsr olunan toplantı keçirilib.
Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, nazirliyin fəaliyyətinin rəqəmsallaşdırılması prioritet istiqamətdir: “Mədəniyyət sahəsinin rəqəmsallaşması çox çətin bir fəaliyyətdir. Nəzərə alsaq ki, indiyə qədər bu sahədə sistemli iş aparılmayıb. Fəaliyyət göstərdiyimiz müddət ərzində bu sahədə məlumatların toplanılması və sistemləşdirilməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilib. Toplantıda bu sahədə fəaliyyətimizə nəzər salınacaq, uğurlarla yanaşı, qarşıda duran vəzifələr də diqqət mərkəzinə çəkiləcək”.
Daha sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşlarının rəqəmsallaşma üzrə illik hesabatı dinlənilib.
Çıxışlarda klasterlər, modullar, “e-Culture” matrisi, “e-Culture” arxitekturası, nazirliyin informasiya resursları, ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin yenidən yaradılması, vahid şəxsi kabinet sistemi vasitəsilə bir pəncərə prinsipi əsasında mədəniyyəti rəqəmsal prizmadan tanımaq, musiqi və incəsənət məktəblərinin elektron sistemi və s. məsələlər haqqında söz açılıb.
Hesabat iclasında ayrı-ayrı sahələr üzrə 2024-cü il ərzində görülmüş işlər, müəyyənləşdirilmiş fəaliyyətə uyğun olaraq həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr haqqında struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.
Sonda nazir mövcud problemlərin həlli, qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.
#MədəniyyətNazirliyi #mədəniyyət

UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Lənkəranda qastrol konserti böyük maraqla qarşılanıb!

Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən müzakirədə sənət tənqidinin əsas problemləri və inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Almaniyada keçirilən nüfuzlu beynəlxalq caz platformasında uğurla təmsil olunub.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Şuşa şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub

Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib

‎“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib

PIRLS 2026 beynəlxalq qiymətləndirmə imtahanlarına start verilib