veten informasiya agentliyi

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tarix:4-01-2025, 15:00
Baxış Sayı:217

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
24 dekabr 2024-cü il tarxində “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
Tədbirdə idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri, rəsm müsabiqəsinin iştirakçıları və onların ailə üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qonaqlar ilk olaraq final mərhələsində iştirak etmək haqqı qazanan namizədlərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.
Daha sonra Regional İdarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərinin müəllimlərinin, şagirdlərdən ibarət xor kollektivinin və rəqs ansamblının, mədəniyyət mərkəzlərinin əməkdaşlarının təqdimatında möhtəşəm konsert proqramı nümayiş etdirilib.
Sonda qaliblərin mükfatlandırma mərasimi keçirilib.
Münsiflər heyətinin qərarına əsasən final mərhələsində iştirak edən namizədlər hər yaş qrupu üzrə müvafiq olaraq I, II və III dərəcəli diplomla təltif olunublar. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş müsabiqənin məqsədi xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması olub. Müsabiqədə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə aid olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan 6-17 yaş arası namizədlər 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) iştirak ediblər. Müsabiqənin seçim mərhələsi 27-28 noyabr 2024-cü il tarixlərində, final mərhələsi isə 10 dekabr 2024-cü il tarixində həyata keçirilib.
Bununla da rəsm müsabiqəsinə möhtəşəm konsert proqramı ilə yekun vurulub.
#Azərbaycan #MərkəziAranRMİ #rəsmmüsabiqəsi #mükafatlandırma #mədəniyyət

Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
“Apple” 200-dən çox iş yerini ixtisar edir
“Apple” 200-dən çox iş yerini ixtisar edir
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək