veten informasiya agentliyi

Nə baş veribsə, Qroznıda olub - Ekspertdən ŞOK AÇIQLAMA

Tarix:26-12-2024, 12:05
Baxış Sayı:192

Nə baş veribsə, Qroznıda olub - Ekspertdən ŞOK AÇIQLAMAXəbər verdiymiz kimi, dünən Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

"Hələ də məlum təyyarə qəzasının səbəbilə bağlı ağlabatan bir açıqlama yoxdur. Prezidentin tapşırığı ilə Komissiya yaradılıb, istintaq və araşdırma aparılır".

Bunu  Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib:

"Hələlik yalnız bir düşündürücü rəsmi açıqlama var. AZAL Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslərin dayandırıldığını bildirib.

Görəsən nə üçün?

Qroznıda nə baş verib ki, AZAL uçuşları dərhal dayandırıb. Hansı ki, indiyədək bu baş verməmişdi.

Yəni bu rəsmi açıqlamadan görünən odur ki, nə baş veribsə Qroznıda olub. Təyyarənin görüntülərindən, Flightradar datasından da görünür ki, Qroznı üzərində təyyarənin idarəetməsində problem yaranıb.Beləliklə, AZAL-ın rəsmi məlumatı, Flightradar məlumatları, təyyarənin trayektoriya boyunca idarəetmə problemləri düşünmək üçün əsas verir ki, Qroznı üzərində olarkən təyyarədə nəsə baş verib.

Versiyalardan biri isə odur ki, təyyarə Qroznı üzərində olarkən Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin dronlara qarşı həyəcan siqnalı verilib, dronlarla bərabər (həmin anda dron hücumu olması məlum deyil) təyyarə də vurulub. Əlbəttə, bu versiyalardan birisidir. Daha ağlabatan görünəndir. Rusiya tərəfi isə daha çox quş sürüsü ilə toqquşma versiyasını irəli sürüb. Eyni zamanda hava şəraiti ilə bağlı ola biləcəyi versiyası da irəli sürülüb. Daha dəqiq məlumat isə güman ki "qara qutu" açılandan sonra , ciddi araşdırmalardan sonra komissiya tərəfindən veriləcək. Yeri gəlmişkən, ekipajın həqiqətən də "nəsə baş vermiş" təyyarəni uzun müddət idarə etməsi və qəza enişinədək gətirib çıxarması ağlasığmazdır .

Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və xəsarət alanların da tezliklə şəfa tapmasını arzulayıram".

Qeyd edək ki, hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir