veten informasiya agentliyi

Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı

Tarix:21-12-2024, 10:58
Baxış Sayı:130

Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı

Ağacların kəsilməsi, təbiətə zərər vurulması ilə bağlı kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhülkəsizlik xidmətinin rəisi Hikmət Əlizadə deyir ki, son illər ölkədə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində ciddi normativ baza yaradılıb və bu ildən-ilə  təkmilləşdirilir. Xüsusi olaraq 2024-cü ilin oktyabrında "Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" və "İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihələrinin parlamentdə qəbul olunması da bu sıradadır.

Hikmət Əlizadə deyir ki, mövcud təcrübə onu göstərir ki, bir sıra hallarda xüsusən tikinti şirkətləri tərəfindən yaşıllıqlara  münasibətdə çox ciddi pozuntulara yol verilir. Kimliyindən asılı olmayaraq hər kəs qanunvericiliyin tələblərinə əməl etməlidir.

Tullantıların ətraf mühitə atılmasına görə cərimələrin miqdarı 50 manatdan 300 manata qədər artırılıb. İl ərzində təkrar pozuntu törədilərsə, 700 manat cərimə və ya 60-100 saat ictimai işlər müəyyənləşdirilib, - deyə xidmət rəisi vurğulayıb.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır