veten informasiya agentliyi

İrəvan razılaşdı: Bakının sülh sazişindəki tələbini bu yolla icra edəcək

Tarix:20-12-2024, 10:54
Baxış Sayı:183

İrəvan razılaşdı: Bakının sülh sazişindəki tələbini bu yolla icra edəcək

Ermənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi “sərhəddəki xarici qüvvələrin çıxarılması” tələbini icra edəcək.

Bu barədə “Hraparak” nəşri yazıb.

Söhbət Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşən müşahidə missiyasından gedir. Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bildirib ki, sülh sazişi layihəsinin razılaşdırılmayan və müzakirə edilən maddələrdən biri budur.

“Sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”, - dövlət başçısı vurğulayıb.

Nəşr yazır ki, Ermənistan hakimiyyəti Bakının bu tələbini yerinə yetirmək üçün Aİ müşahidəçilərindən necə “xilas olmağın” variantlarını axtarır.

“Qərb missiyanın fəaliyyətini dayandırmaq istəmir. Ermənistan hakimiyyəti də kompromis variantla çıxış edib. Fevral ayında missiyanın müddəti bitdikdən sonra Ermənistan tərəfi vaxtın uzadılması ilə bağlı müraciət təqdim etməyəcək, əvəzində formatı dəyişdirməyi təklif edəcəklər. Bu təklifə görə müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində yox, İrəvanda, yaxud Cermukda (İstisu) və digər şəhərlərdəki ofislərdə işləyəcək, əlaqədar qurumlardan aldıqları məlumata görə sərhəddəki vəziyyəti izləyəcəklər”, - nəşr iddia edir.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir