veten informasiya agentliyi

Yeməkləri folqaya bükmək təhlükəlidir - Ekspertdən XƏBƏRDARLIQ

Tarix:27-11-2024, 10:36
Baxış Sayı:167

Yeməkləri folqaya bükmək təhlükəlidir - Ekspertdən XƏBƏRDARLIQ

Bir çox insanlar qidadan qalanları alüminium folqaya bükərək saxlamağa öyrəşiblər. Lakin bu saxlama üsulu sağlamlıq üçün ciddi risklər yarada bilər.

Bu barədə ABŞ-dən olan biokimyaçı və qida təhlükəsizliyi eksperti Zakari Kartrayt xəbərdarlıq edib.

Onun sözlərinə görə, folqa, hermetik qablardan fərqli olaraq, təhlükəli bakteriyaların çoxalmasının qarşısını almaq üçün lazım olan hermetikliyi təmin etmir.

"Qapaqları olan hermetik qablar, qidanın oksigenlə təmasını məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Oksigen "S. aureus" (stafilokok) və "Bacillus cereus", "Clostridium botulinum" və "Listeria monocytogenes" daxil olmaqla əksər təhlükəli patogenlərin çoxalması üçün vacibdir. Bu mikroorqanizmlər qida zəhərlənməsi simptomlarını - qızdırma, qusma, qarın ağrısı və ishalı yaradan toksinlər istehsal edir. "Clostridium botulinum" və "Listeria monocytogenes" ən təhlükəlisidir, çünki onların bioloji mənşəli zəhəri tənəffüs əzələlərinin iflicini və listeriozu (limfoid toxuma və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan yoluxucu xəstəlik) törədə bilər", - deyə ekspert izah edib.

Kartraytın sözlərinə görə, plastik qablar və yapışqan qida plyonkasından fərqli olaraq, folqa qida məhsulunu xarici mühitdən təcrid edə bilmir.

"Bundan əlavə, onun hazırlandığı alüminium, turş və duzlu məhsullarla reaksiyaya girə və qida qalıqlarına, məsələn, acı tomat sousuna keçə bilər. Orqanizmə alüminiumun tez-tez daxil olması neyrotoksik inkişaf pozğunluqları, həmçinin böyrək, qaraciyər və sümüklərin zədələnməsi ilə əlaqələndirilir", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir
Təbriz yaxınlığında partlayışlar baş verir
Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz